Zəngəzur dəhlizi ilə bağlı razılaşmanın sirləri açılır - İrəvan hansı sənədə imza atıb?
Yeniliklərdən dərhal xəbərdar olun
“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində növbəti analitik süjet efirə gedib.
“Rusiya Zəngəzur dəhlizinin açılması üçün Ermənistana təzyiqlərini artıracaq” adlı süjetdə Rusiya Prezidenti Vladimir Putinin Bakıya səfərinə, Moskvanın Ermənistanda və bölgədəki maraqları, geosiyasi mübarizənin regiona təsirləri, Zəngəzur dəhlizi ətrafında intriqaların kəskinləşməsi ilə bağlı məsələlərə toxunulur.
Bildirilir ki, indiki diplomatik mübarizə tarixi torpaqlarımız olan Qərbi Azərbaycan məsələsini aktuallaşdırır:
“Çünki Zəngəzur dəhlizinin açılması tarixi torpaqlarımıza qayıdış strategiyasının əsas komponentlərindən biridir. Hazırda müşahidə edilən prosesləri nəqliyyat dəhlizləri üzərindəki mübarizə adlandırmaq mümkündür. Bu mübarizədə Zəngəzur dəhlizi açar mövqeyə malikdir.
ABŞ Cənubi Qafqazdakı kommunikasiyanı Rusiya və Çinin iştirakı olmadan, öz planına uyğun aça bilərsə, Orta dəhlizi nəzarətə götürəcək və Moskva üçün həyati əhəmiyyət kəsb edən "Şimal-Cənub" nəqliyyat layihəsinə problem yaradacaq. Rusiya önə çıxarsa, həm regiondankənar qüvvələri oyundan çıxaracaq, həm regionun kommunikasiyasında iştirak imkanı əldə edərək Orta dəhlizdə mövqelərini gücləndirəcək, həm də "Şimal-Cənub" layihəsinin işləkliyini təmin edəcək”.
Qeyd olunur ki, pərdə arxası proseslərdə Zəngəzur dəhlizi ətrafında intriqalar kəskinləşib və Rusiya dəhlizin 2020-ci il 10 noyabr razılaşmasının 9-cu bəndinə uyğun, yəni Federal Təhlükəsizlik Xidmətinin (FTX) iştirakı ilə açılmasında israrlıdır.
Bunun üçün Ermənistana təzyiqlərini artıracaq. Ermənistanın təzyiqdən yayınmaq üçün iki istiqamətdə addım atacağı mümkün variantlardandır. Birincisi, İrandan dəstək istəyəcəklər. İkincisi, Qərbdən praktiki dəstək almağa çalışacaqlar.
Bu, Qərb qüvvələrini bölgədə yerləşdirilməsini sürətləndirə, hətta buna zəmin yaratmaq üçün Azərbaycanla sərhəddə təxribat hücumlarını genişləndirə bilər. Bu təxribatların məsuliyyəti Ermənistan və onu dəstəkləyən ölkələrin üzərinə düşür.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
