Pleyeri seçin:

Zəngəzur dəhlizinin açılmasına kim qarşı çıxdı? | Yücel Karauzdan mühüm açıqlama

04 mart 2025 483 baxış

Regional kommunikasiya xətlərinin, o cümlədən Zəngəzur dəhlizinin açılması 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan tərəfindən imzalanmış üçtərəfli bəyanatda əksini tapıb.

Razılaşmanın 9-cu bəndində kommunikasiyaların açılması, nəzarət mexanizmi ilə bağlı Ermənistan üzərinə öhdəlik götürüb. Təəssüf ki, erməni tərəfi dəhlizin açılmasını müxtəlif bəhanələrlə uzatmağa çalışır.

Bu sözləri “Teleqraf”a ehtiyatda olan türkiyəli general Yücel Karauz deyib.

“Ermənistan tərəfi əvvəlcə dəhlizə Rusiyanın nəzarət etməməsini bəhanə edirdi. Sonra isə İran bu xəttin açılmasına qarşı çıxdı. Bununla da proses ləngidi. Azərbaycan və Türkiyə isə kommunikasiyaların açılması ilə bağlı qarşıya qoyulmuş işləri ardıcıllıqla icra edir. Bakı və Ankara öz işlərini “Zəngəzur dəhlizi sabah açılacaq” prinsipinə uyğun həyata keçirir”, − o qeyd edib.

Zəngəzur dəhlizinin açılması ilə Azərbaycanın Naxçıvana, Türkiyəyə, Türk dünyasına, Paris və Londonun isə Pekinlə bağlantısının yaranacağını söyləyən general deyib:

“Bununla Cənubi Qafqaza sülh və əməkdaşlıq, inkişaf gələcək. Bundan ən çox faydalanacaq ölkə Ermənistandır. Şərqdən Qərbə açılacaq dəhlizlə, Şimal-Cənub istiqamətində formalaşdırılan layihələrlə İrəvan böyük qazanc əldə edəcək. Nəhayət, Azərbaycanla Türkiyənin Ermənistanla münasibətlərində yeni səhifə açılacaq.

Zəngəzur dəhlizi açılmadan Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması mümkün deyil. İrəvan prosesə ABŞ və Avropa İttifaqı kimi üçüncü tərəfləri qatmağa cəhd edir. Ermənistan birdəfəlik dərk etməlidir ki, Zəngəzur dəhlizi açılmadan Türkiyə ilə sərhədlərinin açılması mümkün olmayacaq. Amma nə olur-olsun, bu dəhliz açılacaq”.

Banner
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 483 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 483 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 483 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 483 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 483 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 483 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 483 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 483 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 483 baxış
Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Siyasət
27 oktyabr 2026 483 baxış
Seçilmişlər
icon