Pleyeri seçin:
Zirvə görüşünün iştirakçıları "Zəfər" şousunu izlədilər
Prezident İlham Əliyev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğız Prezidenti Sadır Japarov, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar və İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndi şəhərində keçiriləcək 17-ci Zirvə görüşünün iştirakçıları Ağdamdakı “İmarət” Tarix-Memarlıq Muzey Kompleksində Qarabağ atlarının “Zəfər” şousunu izləyiblər.
Hərbi orkestrin ifasında milli musiqi nümunələrimiz, “Sərhədçi” rəqs ansamblının rəqsləri və Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsinin Qarabağ atları üzərində göstərdiyi igidlik və cəsarət nümunələri böyük maraqla qarşılanıb. Şou müddətində süvarilərimiz yüksək peşəkarlıq nümayiş etdiriblər.
Sonra qonaqlar avtobusla Ağdam şəhərini gəziblər.
Kopyalandı
#İlham Əliyev teqi istifadə olunub
- Prezidentin Şamaxıya səfərinin yekunları
- Millət vəkili Prezident İlham Əliyevin Şamaxıya səfərini şərh etdi - Baku TV
- İlham Əliyev TDT ölkələrini mövcud təhdidlərə qarşı birliyə çağırdı - Baku TV CANLI
- İran məsələsi həll olunur? | Azərbaycanda 3600 illik nadir tapıntı - YENİ BİR SƏHƏR
- "BMT Təhlükəsizlik Şurası bunu etmək istəmirdi" | Prezident İlham Əliyev - Baku TV
