Zəlzələ anında nə etmək lazımdır?
Türkiyədə qeydə alınan və ciddi insan itkisinə səbəb olan zəlzələlər Azərbaycanda da insanlar arasında təlaş yaradır. Bəs görəsən, əhali zəlzələ baş verən zaman hansı tədbirləri görməli olduğu barədə məlumatlıdırmı?
Baku TV-nin əməkdaşı mövzu ilə bağlı Naxçıvan sakinləri arasında sorğu keçirib. Məlum olub ki, vətəndaşların əksəriyyəti zəlzələ zamanı necə davranmalı olduqları haqqında informasiyaları internetdən əldə edirlər.
Naxçıvan Muxtar Respublikası FHN-in əməkdaşı Azadə Cəfərovanın sözlərinə görə isə insan amili olan hər bir sahədə zəlzələ ilə bağlı maarifləndirmə işləri həyata keçirilir.
“Biz adətən psixoloji cəhətdən insanları bu təbii fəlakətə hazırlamağa çalışırıq ki, hadisə vaxtı özlərini itirmədən, düzgün reaksiya verməyi bacarsınlar. Təhlükəsizlik cəmiyyətindən söhbət gedirsə, azyaşlılardan başlamalıyıq. Biz onlara zəlzələnin vərdişlərini oyun şəkilində aşılamağa çalışırıq”, - deyə A.Cəfərova qeyd edib.
#Zəlzələ teqi istifadə olunub
- İndoneziya sahillərində 7,4 maqnitudalı zəlzələ | Sunami xəbərdarlığı edildi
- Tokat bölgəsində 5.5 bal gücündə zəlzələ | Sakinlər həyəcan içində - Baku TV
- Şamaxıda güclü zəlzələ evləri silkələdi | Sakinlər qorxu içində - Baku TV
- Zəlzələdən sonra Kahramanmaraş yenidən dirçəlir - Baku TV
- Kahramanmaraş sakini: "Onlar da bizimlə bərabər günlərlə, həftələrlə ac qaldılar" - Baku TV
