Hakerlər telefonunuza belə daxil olur | Hansı smartfonlarda təhlükə aşkarlandı?
Yeniliklərdən dərhal xəbərdar olun
Cənubi Koreyanın “Samsung” brendinin smartfonlarında yaranan boşluq hakerlərə səsli mesaj vasitəsilə istifadəçilərə hücum etməyə imkan verib.
“The Hacker News” nəşri qeyd edib ki, problemi “Google Project Zero” mütəxəssisi Natali Silvanoviç aşkar edib.
Onun sözlərinə görə, zəiflik “Samsung” cihazlarında istifadə olunan “Monkey's Audio” dekoderi ilə bağlıdır. Bu, şifrəyə giriş əldə etmək və cihazın uzaqdan idarə edilməsinə səbəb ola bilər.
N.Silvanoviç yeni boşluqdan istifadə edərək smartfonları sındırmağın yolunu təsvir edib. Bunun üçün haker “Google Messages” mesenceri vasitəsilə istifadəçiyə xüsusi hazırlanmış səsli mesaj göndərməlidir. Bu halda cihaz sahibindən heç bir tədbir görmək tələb olunmur.
Mütəxəssis qeyd edib ki, problem “Android” (12, 13 və 14) əməliyyat sistemləri ilə işləyən demək olar ki, istənilən “Samsung” telefonu üçün aktualdır.
Natali Silvanoviç “Samsung”a zəiflik barədə məlumat verib. Şirkətin mühəndisləri təhlükəsizlik işləri görüblər və sistem yenilənməsi aparılan mobil cihazlarda problem aradan qaldırılıb.
#Cənubi Koreya teqi istifadə olunub
- Koreya yarımadasında gərginlik niyə yenidən artır? - Baku TV CANLI
- Seul gərginliyin və toqquşmaların qarşısını almaq üçün Pxenyanla əlaqə xətlərinin bərpasını təklif edir
- Koreya yarımadasında gərginlik yenidən artır - Baku TV CANLI
- Cənubi Koreyanın ABŞ-yə yatıracağı 50 milyard dollar hansı layihəyə sərf olunacaq? - Baku TV CANLI
- Pusanda kanalda qalan “Bukangi” adlı köpəkbalığı hələ də xilas edilməyib
