Pleyeri seçin:

"TikTok" ABŞ-də fəaliyyət göstərmək üçün bu razılaşmanı imzaladı

22 dekabr 2025 1212 baxış

"TikTok" ABŞ bazarında fəaliyyətini davam etdirmək məqsədilə iri investorlarla razılaşma əldə edib.

Şirkət "Oracle", "Silver Lake" və BƏƏ-nin MGX investisiya şirkəti ilə birlikdə "TikTok US" adlı yeni birgə müəssisənin yaradılması barədə saziş imzalayıb. Bu barədə "Euronews" məlumat yayıb.

Məlumata görə, razılaşma ABŞ-də 170 milyondan çox istifadəçisi olan qısa video platforması üçün uzun illərdir davam edən hüquqi və siyasi mübahisələrdən sonra mühüm dönüş nöqtəsi hesab olunur.

Xatırladaq ki, bu mübahisələr 2020-ci ilin avqustunda Donald Trampın "TikTok"u Çin mənşəyinə görə qadağan etmək cəhdlərindən sonra başlamışdı.

"The Associated Press"in əldə etdiyi daxili sənədə əsasən, razılaşmanın yanvarın 22-də tam rəsmiləşdirilməsi planlaşdırılır. "TikTok"un baş icraçı direktoru Şou Zi Çu əməkdaşlara göndərdiyi məktubda "ByteDance" və "TikTok"un investor konsorsiumu ilə hüquqi baxımdan məcburi sazişlər imzaladığını təsdiqləyib.

Yeni yaradılacaq "TikTok US" şirkətinin səhmlərinin 50 faizi "Oracle", "Silver Lake" və MGX daxil olmaqla investor qrupuna məxsus olacaq hər biri 15 faiz pay əldə edəcək. "ByteDance"in payı 19,9 faiz, mövcud "ByteDance" investorları ilə əlaqəli qurumların payı isə 30,1 faiz təşkil edəcək. Digər investorların adları açıqlanmayıb.

Sazişə əsasən, "TikTok US"un yeddi nəfərdən ibarət yeni direktorlar şurası olacaq və üzvlərin əksəriyyəti ABŞ vətəndaşları olacaq. Şirkətin fəaliyyəti ABŞ-nin milli təhlükəsizlik tələblərinə uyğun şəkildə qurulacaq.

Bildirilib ki, amerikalı istifadəçilərin məlumatları "Oracle" tərəfindən idarə olunan və ABŞ ərazisində yerləşən sistemlərdə saxlanılacaq. "TikTok"un alqoritmi ABŞ istifadəçilərinin məlumatları əsasında yenidən öyrədiləcək ki, bu da məzmunun xarici təsirlərdən qorunmasını təmin etməlidir.

Eyni zamanda məzmunun moderasiyası və platforma siyasəti ABŞ daxilində ayrıca nəzarətdə saxlanılacaq.

Qeyd edək ki, daha əvvəl ABŞ və Çin rəsmiləri "TikTok"un ABŞ-də fəaliyyətinin yerli nəzarət altına verilməsi ilə bağlı çərçivə razılaşmasının əldə olunduğunu bildirmişdilər.

Kopyalandı
Bitkilərdə yoxolma prosesini qabaqlamaq mümkün olacaq

Bitkilərdə yoxolma prosesini qabaqlamaq mümkün olacaq

Texnologiya
18 iyun 2026 1212 baxış
Aktiv müdafiə texnologiyası planetimiz üçün “qalxan”a çevriləcək

Aktiv müdafiə texnologiyası planetimiz üçün “qalxan”a çevriləcək

Texnologiya
16 iyun 2026 1212 baxış
Süni intellekt şirkətindən tarixi addım

Süni intellekt şirkətindən tarixi addım

Texnologiya
14 iyun 2026 1212 baxış
“İKT ixracı potensialının 1 milyard dollara çatdırılmasını hədəfləyirik” | Fərid Osmanov

“İKT ixracı potensialının 1 milyard dollara çatdırılmasını hədəfləyirik” | Fərid Osmanov

Texnologiya
09 iyun 2026 1212 baxış
Bakıda “IV Milli Kibertəhlükəsizlik Forumu” keçirilib

Bakıda “IV Milli Kibertəhlükəsizlik Forumu” keçirilib

Texnologiya
04 iyun 2026 1212 baxış
Şirkət süni intellekt sahəsi üçün 80 milyard dollar ayırmağı planlaşdırır

Şirkət süni intellekt sahəsi üçün 80 milyard dollar ayırmağı planlaşdırır

Texnologiya
04 iyun 2026 1212 baxış
ABŞ və Çinin iki nəhəng şirkəti birgə robot hazırlayacaq?

ABŞ və Çinin iki nəhəng şirkəti birgə robot hazırlayacaq?

Texnologiya
04 iyun 2026 1212 baxış
Hər kəsi maraqlandıran suala süni intellekt şirkətinin rəhbərindən cavab

Hər kəsi maraqlandıran suala süni intellekt şirkətinin rəhbərindən cavab

Texnologiya
02 iyun 2026 1212 baxış
Yeni üsul insanları dəqiqliklə tanımağa imkan verəcək

Yeni üsul insanları dəqiqliklə tanımağa imkan verəcək

Texnologiya
25 may 2026 1212 baxış
Süni intellektə qarşı narazılıqlar niyə artır?

Süni intellektə qarşı narazılıqlar niyə artır?

Texnologiya
21 may 2026 1212 baxış
Seçilmişlər
icon