"10 gün vaxt verib ki, boşaldın evi" | Hakim vətəndaşın evini əlindən alır? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Yasamal rayonunda, İsmayıl bəy Qutqaşınlı küçəsi, 27 ünvanında yerləşən evlə bağlı qeyri-müəyyənlik yaranıb.
Kərimovlar ailəsinin sözlərinə görə, onlar 70 ilə yaxındır həmin ünvanda yaşayırlar. Ailə 2011-ci ildə məhkəməyə müraciət edərək evə dair dövlət reyestrindən çıxarış alıb və mülkiyyət hüququnu rəsmiləşdirib.
Ailə bildirib ki, illər sonra Bakı Apellyasiya Məhkəməsinin hakimi Xumar Mərdanova evlə bağlı iddia irəli sürüb və məhkəmə prosesləri nəticəsində onun iddiaları təmin olunub.
Ailə üzvləri hakimin öz səlahiyyətlərindən istifadə etdiyini iddia edirlər. “İndi o hakimdir, əli hər yerə çatır deyə bu qədər adamı bayıra atmalıdır?! 9 nəfər ilin bu dövründə harada yaşamalıdır?! İllərdir harada idi? Eşitdi ki, buralar sökülür, indi gəlib ev istəyir”, – deyə şikayətçi Nüşabə Hüseynova söyləyib.
Ailə həmçinin bildirib ki, uzun illər ərzində həmin evdə qeydiyyatda olublar, kommunal xərcləri ödəyiblər və evdə müxtəlif tikinti işləri aparıblar.
“İcra hər gün gəlir ki, evi boşaltmalısınız. Əks halda polisə, Fövqəladə Hallar Nazirliyinə müraciət edəcəklərini və bizi güc tətbiq etməklə evdən çıxaracaqlarını deyirlər”, – deyə digər şikayətçi Riyad Kərimov bildirib.
#Vətəndaş şikayəti teqi istifadə olunub
- "Bunu niyə özbaşına dəyişiblər?!" | Keçmiş döyüşçünün əlilliyi niyə dəyişdirilib? - Baku TV
- "Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV
- "Ananı qocalar evinə ver, bizdə yer yoxdur" | Yeni Klinika yaşlı xəstəni niyə qəbul etmir?
- "Üstündən 5 il keçib, icra edən yoxdur" | "Azərişıq"la vətəndaş arasında borc mübahisəsi - Baku TV
- Bakıda yerləşən lazer salonu barədə dəhşətə gətirən ittiham - Baku TV CANLI
