10 övladlı ailənin Xocalıya dönüşü doğma yurda sevinc gətirdi - Baku TV
İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Mayın 16-da Xocalıya qayıdan ailələr arasında 10 övlad sahibi olan ailə xüsusi diqqət çəkib.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, keçmiş məcburi köçkün, 45 yaşlı Xocalı sakini Anar Buludxanov 12 nəfərdən ibarət ailəsi ilə birlikdə rayonun Təzəbinə kəndində bərpa olunan yeni evinə qayıdıb.
Doğma yurduna qayıdan ailə başçısı Anar Buludxanov təəssüratlarını belə ifadə edib:
"Biz bu torpaqlardan məcburi köçkün düşəndə mənim 10 yaşım var idi. Hazırda isə bura 10 övladımla birlikdə, böyük sevinclə qayıtmışıq. Bu torpaqlarda yenidən yaşamağa davam edəcəyik. 34 ildən sonra doğma yurdumuza qayıtmaq bizim üçün yuxu kimidir".
#Xocalı teqi istifadə olunub
- Dağların qoynundakı Malıbəyli gölü buraya səfərə gələnləri valeh edir - Baku TV
- Xocalıda Anım Günü ilə bağlı ağacəkmə aksiyası təşkil olunub - Baku TV
- "73 maarifləndirmə tədbiri keçirilib" | Xocalıda müəssisələrə mediatur təşkil olundu - Baku TV
- 34 ildən sonra Xocalının Seyidbəyli kəndində ilk toy mərasimi keçirildi - Baku TV
- 65 ailənin yurd həsrəti bitdi | Xocalı, Ağdərə və Cəbrayıla qayıdan sakinlərin sevinci - Baku TV
