Pleyeri seçin:

Jurnalist vəsiqəsilə dələduzluq edən 4 nəfər saxlanılıb

17 dekabr 2019 5627 baxış
Qazaxda özlərini jurnalist kimi təqdim edən 4 nəfər bir qrup rayon sakininə qarşı dələduzluq edib. Onlar özlərini “Çağdaş Təhsil” jurnalında məqalə və şəkil dərc etdirəcəkləri ilə bağlı vəd edərək həmin şəxslərdən müxtəlif məbləğlərdə pul alıblar.
Qazax Rayon Polis İdarəsinin əməkdaşları daxil olan şikayət əsasında dələduzluq etməkdə şübhəli bilinən 4 nəfəri saxlayıb. Araşdırmalar zamanı onların Sabirabad rayon sakinləri - 27 yaşlı Pərviz Fərəcov və 28 yaşlı Davud Fərəcov, Hacıqabul rayon sakini 39 yaşlı Samirə Talıbova və Tərtər rayon sakini 28 yaşlı Kənan Hümbətov olduqları məlum aşkarlanıb.
Lakin jurnal rəhbərliyinin bir müddət əvvəl həmin 4 nəfərin fəaliyyətinə xitam verdiyi məlum olub. Buna baxmayaraq, onlar özlərini “Ziyalılar” beynəlxalq ictimai-siyasi qəzetinin təmsilçiləri kimi təqdim edərək öz əməllərini davam etdiriblər.
Dəstəyə rəhbərlik edən Kənan Hümbətov bu işlə planlı şəkildə məşğul olduqlarını və əməlləri sayəsində müəyyən məbləğdə pul qazandıqlarını etiraf edib. Kənan Hümbətov əsas hədəf kimi təhsil müəssisələri seçdiklərini bildirib. Onlar Qazaxla yanaşı, digər bölgələrdə də oxşar yolla qazanc əldə ediblər.
Dəstə üzvlərindən və kirayə yaşadıqları mənzillərdən müxtəlif şəsxlərlə bağlanılmış müqavilə, tərcümeyi-hal, eləcə də, özlərinə aid jurnalist vəsiqələri aşkar edilərək maddi sübut kimi götürülüb. Dəstənin digər üzvləri də törətdikləri əməli etiraf ediblər.
Bu şəxslərin əməlindən zərər çəkən digər vətəndaşlar DİN-in “102 Zəng Mərkəzi”nə və ya polis şöbələrinə məlumat verə bilərlər. Faktla bağlı araşdırmalar davam etdirilir.
Kopyalandı
Banner
Bakı Biznes və Kooperasiya Kolleci ilə bağlı qalmaqallı iddia - Baku TV CANLI

Bakı Biznes və Kooperasiya Kolleci ilə bağlı qalmaqallı iddia - Baku TV CANLI

Cəmiyyət
09 oktyabr 2026 5627 baxış
Yaşıl işıq yanır, hərəkət isə ləngiyir | Küçədə bu qədər yaxın keçidlərə ehtiyac var?

Yaşıl işıq yanır, hərəkət isə ləngiyir | Küçədə bu qədər yaxın keçidlərə ehtiyac var?

Cəmiyyət
09 oktyabr 2026 5627 baxış
Hadrutun düşmən işğalından azad olunmasından 6 il ötür - Baku TV

Hadrutun düşmən işğalından azad olunmasından 6 il ötür - Baku TV

Cəmiyyət
09 oktyabr 2026 5627 baxış
Azərbaycanlı deputat erməni həmkarına cavabında mühüm məsələlərə toxundu - Baku TV

Azərbaycanlı deputat erməni həmkarına cavabında mühüm məsələlərə toxundu - Baku TV

Cəmiyyət
09 oktyabr 2026 5627 baxış
Xarici qonaqlar Ağdamın zəngin tarixi və mədəni irsi ilə yaxından tanış olublar - Baku TV

Xarici qonaqlar Ağdamın zəngin tarixi və mədəni irsi ilə yaxından tanış olublar - Baku TV

Cəmiyyət
09 oktyabr 2026 5627 baxış
Xarici qonaqlar Şuşanın görməli yerlərini gəzərək şəhərlə yaxından tanış olublar - Baku TV

Xarici qonaqlar Şuşanın görməli yerlərini gəzərək şəhərlə yaxından tanış olublar - Baku TV

Cəmiyyət
09 oktyabr 2026 5627 baxış
"Dayanıqlı inkişaf siyasəti" dərsliyi təqdim olunub | “Bu kitab adi bir nəşr deyil” - Baku TV

"Dayanıqlı inkişaf siyasəti" dərsliyi təqdim olunub | “Bu kitab adi bir nəşr deyil” - Baku TV

Cəmiyyət
09 oktyabr 2026 5627 baxış
Azərbaycanda nikahdan əvvəl yaradılan ittifaqlar bu kateqoriyaya aid ediləcək - 24 SAAT

Azərbaycanda nikahdan əvvəl yaradılan ittifaqlar bu kateqoriyaya aid ediləcək - 24 SAAT

Cəmiyyət
08 oktyabr 2026 5627 baxış
Beynəlxalq səyahətçilərin Xocavənd səfərində hansı məqamlar diqqət çəkib? - Baku TV

Beynəlxalq səyahətçilərin Xocavənd səfərində hansı məqamlar diqqət çəkib? - Baku TV

Cəmiyyət
08 oktyabr 2026 5627 baxış
“2 aydır ki, almırıq” | Toyuq filesi ilə bağlı niyə qıtlıq yaşanır? - Baku TV

“2 aydır ki, almırıq” | Toyuq filesi ilə bağlı niyə qıtlıq yaşanır? - Baku TV

Cəmiyyət
08 oktyabr 2026 5627 baxış
Seçilmişlər
icon