"Mənim 11 övladım oldu" | Masallı sakininin qeyri-adi həyat hekayəsi - O VAXTLAR
Yeniliklərdən dərhal xəbərdar olun
“O vaxtlar” verilişinin budəfəki qonağı Masallı sakini Cavanşir Əliyev olub.
O bildirib ki, insanı mənəvi rahatlığa və Allaha sevgiyə aparan yol öz nəfsi ilə mübarizədən başlayır:
“İnsan gərək öz nəfsi ilə mübarizə aparsın ki, Allahın xoşuna gəlsin. İnsanın nəfsinə qalib gəlməyi bacarması çox vacibdir”.
60 yaşında Masallıdan Məkkəyə velosipedlə yola düşən Cavanşir Əliyev bu səfərin onun üçün çətin olmadığını, Allah sevgisinin ona güc verdiyini söyləyib:
“Mənim həmin vaxt 60 yaşım var idi. Bu, eşq və məhəbbət məsələsidir. Allahın eşqi insana güc verir. Məni aparan Allah olub. Gecələr də yola davam edirdim. Harada işıq varsa, oradan gedirdim. İşıq olmayan yerlərdə isə dincəlirdim. Bəzən məscidlər bağlı olurdu, gecələmək üçün qəbiristanlığa gedirdim”.
#O vaxtlar teqi istifadə olunub
- “Valideyn dünyasını dəyişəndən sonra kimi itirdiyini anlayırsan” | 40 illik tamadanın həyat hekayəsi
- "Söz insanı həm güldürür, həm kədərləndirir" | Novxanı sakininin düşündürən həyat hekayəsi
- "Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR
- "Gərək arvadın sözünə 30 faiz qulaq asasan" | "Bərk vurub dedi ki, mənə elçi göndərmisən?"
- "Qayınanam "kapriznıy" idi, kaş başqa cür danışardım" | "Uşaq qız olanda ağız büzürdülər"
