Güclü yağış, külək və dolanbac yollar | "JAECOO 7 SHS-P" rekord sınağından necə çıxdı? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Beynəlxalq avtomobil bazarında mövqeyini sürətlə gücləndirən “JAECOO” daha bir mühüm nailiyyətə imza atıb.
“JAECOO 7 SHS-P” modeli Böyük Britaniyada keçirilən “National Three Peaks Challenge” sınağı çərçivəsində hər 100 kilometrə cəmi 4,11 litr orta yanacaq sərfiyyatı nümayiş etdirərək Ginnesin Rekordlar Kitabına düşüb.
2026-cı il sentyabrın 19–20-də keçirilən sınaq Şotlandiya, İngiltərə və Uelsin ən yüksək dağ zirvələrini birləşdirən 756 kilometrlik marşrutu əhatə edib. Magistral, kənd və dolanbac dağ yollarından keçən avtomobil güclü yağış və külək şəraitində hibrid texnologiyasının yüksək enerji səmərəliliyini nümayiş etdirib.
Sınaq heç bir xüsusi texniki dəyişiklik edilməmiş, seriya istehsalı olan “JAECOO 7” modeli ilə həyata keçirilib. Avtomobilin yanacaqdoldurma və şarj girişləri Britaniyanın RAC təşkilatının iştirakı ilə möhürlənib. Yürüş məlumatları isə “Webfleet” platforması vasitəsilə qeydə alınıb.
Əldə olunan nəticə “Guinness World Records” tərəfindən rəsmən təsdiqlənib. Beləliklə, avtomobil “National Three Peaks Challenge” marşrutunu tamamlayan SUV modelləri arasında ən aşağı yanacaq sərfiyyatı üzrə dünya rekorduna imza atıb.
Texnoloji nailiyyətlərlə yanaşı, “JAECOO” Böyük Britaniyanın avtomobil bazarında da lider mövqeyi ilə seçilir. Böyük Britaniya Avtomobil İstehsalçıları və Ticarətçiləri Cəmiyyətinin (SMMT) məlumatına əsasən, “JAECOO 7” sentyabr və oktyabr aylarında ardıcıl olaraq ölkənin ən çox satılan yeni avtomobili olub.
2026-cı ilin ilk 10 ayında 42 885 qeydiyyatla model ölkə üzrə ən çox satılan avtomobillər siyahısında ikinci pillədə qərarlaşıb.
Üç il ərzində bir milyon avtomobil satışına nail olan və dünyanın 79 bazarında təmsil olunan “JAECOO” innovativ mühəndislik həlləri ilə yüksək performansı, enerji səmərəliliyini və komfortu bir araya gətirərək qlobal mövqeyini gücləndirməkdə davam edir.
Qeyd edək ki, “JAECOO” brendinin Azərbaycandakı rəsmi distribütoru “I Motors” MMC avtomobillərin rəsmi satışını, 7 il və ya 200 000 kilometr rəsmi zəmanət təminatını, eləcə də satışdan sonrakı rəsmi servis xidmətlərini həyata keçirir.
#Ginnesin Rekordlar Kitabı teqi istifadə olunub
- Özbəkistanın məşhur "Əndican rəqsi" "Ginnesin Rekordlar Kitabı"na daxil edilib
- Kurasao millisi DÇ-2026-da hansı göstərici ilə rekord qırdı?
- Özbəkistanın Namanqan şəhəri "Ginnesin Rekordlar Kitabı"na düşdü
- 35 kilometr hündürlükdə rekorda imza atıldı
- Sümükləri birləşmir, ayaq pəncələri 8 sm-dir | "Dünyanın ən kiçik qadını" görün necə yaşayır
