Pleyeri seçin:

7 yaşlı Səid fitri istedadı ilə hər kəsi heyrətləndirdi - Baku TV

26 aprel 2026 27 baxış

Yeddi yaşlı Səid Fərzəli qeyri-adi yaddaşı və öyrənməyə olan marağı ilə diqqət çəkir.

O, dünya ölkələrinin paytaxtlarını, bayraqlarını və dövlət dillərini sərbəst şəkildə sadalaya bilir.

Valideynlərinin sözlərinə görə, Səid iki yaş yarımına qədər demək olar ki, danışmayıb. Ona psixi nitqin inkişafının ləngiməsi diaqnozu qoyulub və bu səbəbdən loqoped və psixoloqların nəzarətində olub. Lakin müəyyən müddətdən sonra danışmağa başlayan uşaq qısa zamanda fərqli bacarıqları ilə seçilməyə başlayıb.

Səidin anası bildirir ki, uşağın öyrənməyə marağı xüsusilə dörd yaşından sonra artıb:

“Gördüm ki, uşaqda həvəs var. Yolboyu plakatları oxumaq istəyirdi. Sonra anladıq ki, coğrafiyaya xüsusi marağı var. Paytaxtları, bayraqları, dağları, dənizləri, çayları özü maraqlanaraq soruşurdu”.

Onun sözlərinə görə, Səid ensiklopediyalara böyük maraq göstərir:

“Bir dəfə dedi ki, ana, kitabxanada coğrafiya ensiklopediyası görmüşəm, mənə də gətirərsən? Bir neçə gün yadımdan çıxdı, hər dəfə xatırladanda məyus olurdu. Nəhayət, gətirdim və o gündən kitab əlindən düşmür”.

Babası isə qeyd edir ki, Səidin marağı mərhələli şəkildə inkişaf edib:

“Əvvəlcə ölkələrin ərazisini göstərirdik, sonra paytaxtlarını, daha sonra okeanları və materikləri. İndi isə ən kiçik ada dövlətlərindən tutmuş böyük ölkələrə qədər hamısını xəritədə sərbəst göstərir”.

Yağışdan sonra coşan Künxırt şəlaləsi

Yağışdan sonra coşan Künxırt şəlaləsi

Cəmiyyət
26 aprel 2026 27 baxış
"Evimizi söküb, bizi çöllərdə qoyublar" | "Olympus" şirkəti iddialara nə cavab verdi? - Baku TV

"Evimizi söküb, bizi çöllərdə qoyublar" | "Olympus" şirkəti iddialara nə cavab verdi? - Baku TV

Cəmiyyət
26 aprel 2026 27 baxış
Tədqiqatın nəticələri açıqlandı

Tədqiqatın nəticələri açıqlandı

Cəmiyyət
26 aprel 2026 27 baxış
"Keşlə bizim üçün doğmadır" | Bakının qədim kəndi Keşlədən xüsusi reportaj - Baku TV

"Keşlə bizim üçün doğmadır" | Bakının qədim kəndi Keşlədən xüsusi reportaj - Baku TV

Cəmiyyət
26 aprel 2026 27 baxış
Xankəndidə yeni marşrut şəbəkəsi yaradılıb | 3 xətt üzrə marşrut istifadəyə verildi - Baku TV

Xankəndidə yeni marşrut şəbəkəsi yaradılıb | 3 xətt üzrə marşrut istifadəyə verildi - Baku TV

Cəmiyyət
26 aprel 2026 27 baxış
Küçələrdə qab yığıb sataraq oğluna baxan ana - ARZUNUN VAXTI

Küçələrdə qab yığıb sataraq oğluna baxan ana - ARZUNUN VAXTI

Cəmiyyət
25 aprel 2026 27 baxış
Özbəkistan Yazıçılar Birliyinin nümayəndə heyəti ilə görüş keçirildi - Baku TV

Özbəkistan Yazıçılar Birliyinin nümayəndə heyəti ilə görüş keçirildi - Baku TV

Cəmiyyət
25 aprel 2026 27 baxış
“Şəhidlər barədə mahnını toyda istədilər” | Asif Kərimov: “Böyük sənətkardır, amma reytinq vermir"

“Şəhidlər barədə mahnını toyda istədilər” | Asif Kərimov: “Böyük sənətkardır, amma reytinq vermir"

Cəmiyyət
25 aprel 2026 27 baxış
Ağcabədidə sakinlərin torpağı qeydiyyata alınmır | Aidiyyəti qurumdan açıqlama - Baku TV

Ağcabədidə sakinlərin torpağı qeydiyyata alınmır | Aidiyyəti qurumdan açıqlama - Baku TV

Cəmiyyət
25 aprel 2026 27 baxış
Ağsu-Bico-Çöl Göylər avtomobil yolu tam yararsız vəziyyətdə | Sürücülərin şikayəti - Baku TV

Ağsu-Bico-Çöl Göylər avtomobil yolu tam yararsız vəziyyətdə | Sürücülərin şikayəti - Baku TV

Cəmiyyət
25 aprel 2026 27 baxış
Seçilmişlər
icon