Pleyeri seçin:

Ağcabədidə sakinlərin torpağı qeydiyyata alınmır | Aidiyyəti qurumdan açıqlama - Baku TV

25 aprel 2026 455 baxış

Ağcabədi rayonunun Qaraxanlı kənd sakinləri problemlə üz-üzə qalıblar.

Onlar Baku TV-nin qaynar xəttinə müraciət edərək bildirirlər ki, mülkiyyətlərində olan torpaq sahələri uzun müddətdir qeydiyyata alınmır.

Vətəndaşlar yeni tərtib edilən rəqəmsal xəritədə uyğunsuzluq olduğunu və buna görə də çətinliklər yarandığını deyirlər.

“Pay torpağımın bütün sənədləri qaydasında olsa da, rəqəmsallaşma zamanı uyğunsuzluq yaranıb. Üç ildir müraciət etməyimə baxmayaraq, problem həll olunmur. Torpağımı əksəm də, sənədlərdəki uyğunsuzluğa görə bir hektar ərazimin mənə məxsus olmadığı deyilir. Buna görə də dövlətin kənd təsərrüfatı üçün ayırdığı subsidiyaları, gübrə və yanacaq yardımlarını ala bilmirəm. Əslində, torpağım 3 hektar 14 sotdur, lakin rəqəmsal xəritədə bu rəqəm 2 hektar 7 sot kimi göstərilir”, – deyə şikayətçi Xanlar Əliyev bildirib.

Məsələ ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib ki, keçmiş Aqrar İslahat Komissiyasının qərarı əsasında vətəndaşlara torpağa mülkiyyət hüququna dair dövlət aktları ilə torpaq sahələri ayrılıb:

“Torpaq islahatı aparılan zaman kompleks yer quruluşu layihələrində yol verilmiş texniki xətalar nəticəsində torpaq paylarının ölçülərində uyğunsuzluqlar yaranıb. Nümunə olaraq bildiririk ki, bölünəcək ixtiyari bir ərazi ilkin layihədə 50 hektar göstərilərək ailələr arasında bölünüb. Verilmiş dövlət aktlarında pay norması layihəyə görə qeyd edilib. Lakin torpaqların elektron uçotu işləri aparılarkən məlum olur ki, yuxarıda qeyd olunan layihədəki 50 hektar ərazi faktiki olaraq yerdə, yəni naturada 45 hektardır. Bu səbəbdən də ərazidə torpaq çatışmazlığı yaranıb. Yeni uçot zamanı həmin ərazilər torpaq payı alan ailələr arasında proporsional qaydada azaldılıb.

Vətəndaşların müraciətləri əsasında qeyd olunan torpaq sahələri dövlət reyestrində qeydiyyata alınıb, həmçinin naturada ölçülərək faktiki mövcud vəziyyətə uyğun olaraq vətəndaşlara tanıdılıb və bu barədə müvafiq aktlar tərtib edilib”.

O da qeyd olunub ki, elektron uçot zamanı yaranmış uyğunsuzluqların aradan qaldırılması məqsədilə mərhələli şəkildə dürüstləşmə işləri aparılır və Ağcabədi rayonunun Qaraxanlı kəndi üzrə də müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Banner
Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu durmadan artır

Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu durmadan artır

Cəmiyyət
27 oktyabr 2026 455 baxış
İşə müraciət edərkən FİN kod niyə lazımdır? | Vəkil məsələyə aydınlıq gətirdi - Baku TV

İşə müraciət edərkən FİN kod niyə lazımdır? | Vəkil məsələyə aydınlıq gətirdi - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 455 baxış
"Ay qardaş, başa düşün!" | "Makler evləri" alanlar təhlükədə | "Fəhləni usta kimi işlədirlər ki..."

"Ay qardaş, başa düşün!" | "Makler evləri" alanlar təhlükədə | "Fəhləni usta kimi işlədirlər ki..."

Cəmiyyət
27 oktyabr 2026 455 baxış
Nağd pul, 9 litr su və ərzaq ehtiyatı: böyük kiberhücuma hazırlıq üçün vacib tələb - AKTUAL GÜNDƏM

Nağd pul, 9 litr su və ərzaq ehtiyatı: böyük kiberhücuma hazırlıq üçün vacib tələb - AKTUAL GÜNDƏM

Cəmiyyət
27 oktyabr 2026 455 baxış
Koreya istehsalı məhsul necə saxta çıxdı? | Mağaza nümayəndəsi vətəndaşın iddiasına nə cavab verdi?

Koreya istehsalı məhsul necə saxta çıxdı? | Mağaza nümayəndəsi vətəndaşın iddiasına nə cavab verdi?

Cəmiyyət
27 oktyabr 2026 455 baxış
Xəbərdarlıq | Ucuz ev almaq istəyənləri hansı risklər gözləyir? - Baku TV CANLI

Xəbərdarlıq | Ucuz ev almaq istəyənləri hansı risklər gözləyir? - Baku TV CANLI

Cəmiyyət
27 oktyabr 2026 455 baxış
"Report" İnformasiya Agentliyinin 12 yaşı tamam olur - Baku TV

"Report" İnformasiya Agentliyinin 12 yaşı tamam olur - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 455 baxış
Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür - Baku TV

Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 455 baxış
"Səhnədə dürüst olmaq istəyirsənsə, bu obrazın üçsaatlıq həyatını yaşamalısan" - QAPQARA

"Səhnədə dürüst olmaq istəyirsənsə, bu obrazın üçsaatlıq həyatını yaşamalısan" - QAPQARA

Cəmiyyət
26 oktyabr 2026 455 baxış
İşsizlik sığortası kredit ödənişlərini müəyyən müddət qarşılaya bilər - Baku TV

İşsizlik sığortası kredit ödənişlərini müəyyən müddət qarşılaya bilər - Baku TV

Cəmiyyət
26 oktyabr 2026 455 baxış
Seçilmişlər
icon