Pleyeri seçin:

72 gün qarın altında qalan "Murov aslanı" İlkin Rzayev

05 yanvar 2025 189 baxış

Baku TV Vətən müharibəsi şəhidi, Azərbaycan Ordusunun mayoru İlkin Rzayev haqqında reportaj hazırlayıb.

Silah yoldaşları arasında “Murov aslanı” kimi tanınan İlkin Rzayev Murov yüksəkliyinin alınmasında böyük şücaət göstərərək bizə qələbə sevincini yaşadıb.

İlkin Rzayev Kəlbəcərin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib, oktyabrın 2-də şəhidlik zirvəsinə ucalıb.

Şəhidin anası Balaxanım Rzayeva oğlu ilə bağlı xatirələrindən danışarkən qeyd edib ki, İlkinə Vətən sevgisi atasından keçib.

“İlkin qazi atanın şəhid övladıdır. Atası 1993-cü ildə Füzuli uğrunda gedən döyüşlərdə, əmisi isə Murovdağında xidmət edib”, – deyə o bildirib.

Balaxanım Rzayeva İlkin ilə son telefon söhbətindən bəhs edib: “Oktyabrın 2-si İlkin zəng etdi. Mənimlə danışdı, elə həmin vaxt dedim ki, yoldaşın da səsini eşitsin. Zeynəb onunla danışanda söylədi ki, İlkini çağırdılar. Sən demə, həmin vaxt balamı vurublarmış”.

Şəhidin anasının sözlərinə görə, oğlu 72 gün qarın altında qalıb:

“Oktyabrın 2-dən dekabrın 18-nə kimi hər gün dedilər ki, İlkin kəşfiyyatdadır. Dekabrın 10-da bir də gördüm ki, 5-6 cavan oğlan bizə gəlib. “Ana, qorxma, pis nəsə baş verməyib. Biz səndən, bir də İlkinin oğlu Əlidən DNT testi götürəcəyik” dedilər. Sən demə, oktyabrın 2-dən balam yox imiş. Dekabrın 16-da İlkini tapıblar. Mənim dinli, imanlı balam 72 gün qarın altında qalıb. 72 gündə İlkinə o dağlar laylay deyib, yastığı daş, yorğanı qar, döşəyi buz olub”.

“Burada hamı onun nəvəsidir” | Kəmalə uzunömürlülüyün sirrini bu kənddə tapdı? - KƏNDİNƏ QAYIT

“Burada hamı onun nəvəsidir” | Kəmalə uzunömürlülüyün sirrini bu kənddə tapdı? - KƏNDİNƏ QAYIT

Cəmiyyət
21 dekabr 2025 189 baxış
AZAL qəzasında həlak olanların ailələri Aktauya getdi - Baku TV

AZAL qəzasında həlak olanların ailələri Aktauya getdi - Baku TV

Cəmiyyət
21 dekabr 2025 189 baxış
Şamaxılı 87 yaşlı Camal nənənin gənclərə tövsiyələri - Baku TV

Şamaxılı 87 yaşlı Camal nənənin gənclərə tövsiyələri - Baku TV

Cəmiyyət
21 dekabr 2025 189 baxış
"Yeni il karvanı" sirk şousu | Bakı Dövlət sirkinin möhtəşəm təqdimatı - Baku TV

"Yeni il karvanı" sirk şousu | Bakı Dövlət sirkinin möhtəşəm təqdimatı - Baku TV

Cəmiyyət
21 dekabr 2025 189 baxış
Azərbaycanda bir ilk | Balaca boylu aktyorların teatrı fəaliyyətə başladı - Baku TV

Azərbaycanda bir ilk | Balaca boylu aktyorların teatrı fəaliyyətə başladı - Baku TV

Cəmiyyət
21 dekabr 2025 189 baxış
“Dedi, gəl qızımı al, evimi də verirəm” | İnternatda böyüyən ata 9 uşağı necə saxlayıb?

“Dedi, gəl qızımı al, evimi də verirəm” | İnternatda böyüyən ata 9 uşağı necə saxlayıb?

Cəmiyyət
20 dekabr 2025 189 baxış
Xankəndinin Kərkicahan qəsəbəsinə ilk köç | Sakinlər hisslərini bölüşdü - Baku TV

Xankəndinin Kərkicahan qəsəbəsinə ilk köç | Sakinlər hisslərini bölüşdü - Baku TV

Cəmiyyət
20 dekabr 2025 189 baxış
“Həyatıma girən kişilər ilk bu sualı verir” | Fitnes model Günay “Qapqara”da hansı sirrini açdı?

“Həyatıma girən kişilər ilk bu sualı verir” | Fitnes model Günay “Qapqara”da hansı sirrini açdı?

Cəmiyyət
20 dekabr 2025 189 baxış
“WorldSkills Shanghai 2026” yarışına hazırlıq | Kibertəhlükəsizlikdə ölkəmizi 2 gənc təmsil edəcək

“WorldSkills Shanghai 2026” yarışına hazırlıq | Kibertəhlükəsizlikdə ölkəmizi 2 gənc təmsil edəcək

Cəmiyyət
20 dekabr 2025 189 baxış
Araik Arutyunyan məhkəmədə nələri etiraf etdi?

Araik Arutyunyan məhkəmədə nələri etiraf etdi?

Cəmiyyət
20 dekabr 2025 189 baxış
Seçilmişlər
icon