98 saylı bağçada uşaqlar ac qalır? | Valideynlər şikayət edir
Yeniliklərdən dərhal xəbərdar olun
Yasamal rayonunda yerləşən 98 saylı uşaq bağçasında qidalanma ilə bağlı narazılıq yaranıb.
Valideynlərdən biri övladının yeməksiz qaldığını iddia edərək vəziyyətdən ciddi şəkildə narahat olduğunu bildirib.
Onun sözlərinə görə, dövlət tərəfindən bağçaya ayrılan ət və digər ərzaqlar uşaqlara çatdırılmır. Valideyn deyir ki, balacalar zəif qidalanır və günün müəyyən hissəsini ac keçirməyə məcbur olurlar.
“Bu problem bir neçə aydır davam edir. Uşaqlar evə ac qayıdırlar. Menyuda hər gün ət və digər ərzaqlar nəzərdə tutulsa da, uşaqlara verilmir. Artıq 12 valideyn olaraq şikayət etmişik”, – deyə o qeyd edib.
Məsələ ilə bağlı Bakı şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, paytaxtdakı 98 nömrəli körpələr-evi uşaq bağçasının fəaliyyətinə dair iddialarla bağlı araşdırma aparılır:
“Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrində uşaqların inkişafına xidmət edən öyrədici mühitin genişləndirilməsi, təlim-tərbiyə və idarəetmə işinin keyfiyyətinin yüksəldilməsi üçün sistemli islahatlar aparılmaqdadır. Təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir”.
İdarədən o da bildirilib ki, təhsil müəssisələrində aparılan monitorinqlər davamlı xarakter daşıyır və aşkar olunmuş nöqsanlarla bağlı qanunvericiliyə uyğun tədbirlərin görülməsi təmin edilir.
#Yasamal teqi istifadə olunub
- Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI
- Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu
- Yasamalda restoran yoxlanıldı: FHN ciddi nöqsanlar aşkarladı - Baku TV CANLI
- "Evlərdə hamam yox idi" | XIX əsrə aid müalicəvi "Şor hamamı" söküləcək? - "Axı tarixi irsdir..."
- Ərazini su basıb, gediş-gəliş çətinləşib
