Pleyeri seçin:

“Ağanın bildiyini həkim bilmir” | Baku TV “molla” və “seyid”ləri iş başında ifşa etdi

03 iyul 2025 418 baxış

Baku TV molla və seyid adı altında fırıldaqçılıqla məşğul olan şəxsləri ifşa edib.

Hacı Ədalət – özünü molla kimi təqdim edən bu şəxsin qəbuluna hər gün ən azı yüzdən çox insan gəlir. Hamı da dərdinə dərman olsun deyə ondan mədət umur.

Bu yaxınlarda adıçəkilən şəxsin fəaliyyəti barədə Baku TV-nin “Qaynar xətti”nə müraciət daxil olub. Kanal onun barəsində səsləndirilən iddiaların nə dərəcə həqiqətə uyğun olmasını araşdırıb.

Əməkdaş məkana əvvəlcə sıravi vətəndaş kimi daxil olur və molla onun problemi ilə bağlı “həll üsulu” təklif edir. Daha sonra müxbir özünü Baku TV-nin əməkdaşı kimi təqdim edib, yenidən onunla danışmaq istəyəndə qapını üzünə bağlayaraq hədə-qorxu gəlir.

Növbəti dəfə döyülən qapı isə özünü seyid kimi təqdim edən bir şəxs olub. Kimi övlad sahibi olmaq, kimi ailəsində problemləri həll etmək, kimi ağır xəstəlikdən sağalmaq üçün buraya pənah gətirir. Çarəni seyidin ocağında tapacağına ümid edən insanların inamını ələ almağı bacaran bu şəxs isə birinə dua yazır, digərinə vergili olduğunu iddia etdiyi əlləri ilə toxunur.

“Biz insanlara xidmət edirik. Ona görə buaraya gəlirlər ki, həkimlərin bilmədiyini ağa bilir”, – deyə Seyidin oğlu Baku TV-yə açıqlamasında söyləyib.

Özünü “dindar” kimi təqdim edərək insanların çarəsizliyini, son ümidini maddi qazanca çevirən bu şəxslərlə bağlı Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinə sorğu ünvanlanıb.

Aydın olub ki, həmin şəxslər tamamilə qanunsuz fəaliyyətlə məşğuldurlar. Nə din xadimi kimi qeydiyyatdan keçiblər, nə vergi ödəyirlər, nə də dedikləri kimi qeyri-adi istedadları var. 

Bakıda yanğınların sayı niyə bu qədər artır? | Ekspertdən açıqlama - Baku TV

Bakıda yanğınların sayı niyə bu qədər artır? | Ekspertdən açıqlama - Baku TV

Cəmiyyət
19 mart 2026 418 baxış
"20 Yanvar" dairəsi istiqamətinə... | Paytaxtda hansı dəyişikliklər edildi? - Baku TV

"20 Yanvar" dairəsi istiqamətinə... | Paytaxtda hansı dəyişikliklər edildi? - Baku TV

Cəmiyyət
19 mart 2026 418 baxış
"Qonaqlar burada fərqli atmosferlərə düşür" | Bakı İllüziya Muzeyi fəaliyyətə başladı - Baku TV

"Qonaqlar burada fərqli atmosferlərə düşür" | Bakı İllüziya Muzeyi fəaliyyətə başladı - Baku TV

Cəmiyyət
19 mart 2026 418 baxış
Dövlət qulluqçularına verilən mükafat və əlavələr ləğv olunaraq əməkhaqlarına daxil edildi - Baku TV

Dövlət qulluqçularına verilən mükafat və əlavələr ləğv olunaraq əməkhaqlarına daxil edildi - Baku TV

Cəmiyyət
19 mart 2026 418 baxış
"Xəbərsiz quraşdırıb, dünəndən danışır" | Kamera narazılığa səbəb olursa, nə etmək olar? - Baku TV

"Xəbərsiz quraşdırıb, dünəndən danışır" | Kamera narazılığa səbəb olursa, nə etmək olar? - Baku TV

Cəmiyyət
19 mart 2026 418 baxış
Sahibkarlara 15 dövlət qurumu tərəfindən xidmət göstəriləcək

Sahibkarlara 15 dövlət qurumu tərəfindən xidmət göstəriləcək

Cəmiyyət
19 mart 2026 418 baxış
Yüksək performans, premium komfort | "ROX ADAMAS" modelinin üstünlükləri nələrdir? - Baku TV

Yüksək performans, premium komfort | "ROX ADAMAS" modelinin üstünlükləri nələrdir? - Baku TV

Cəmiyyət
19 mart 2026 418 baxış
"Qısaqapanmalar buna görə olur" | Pula qənaət üçün faciə riski yaradanlar - Baku TV

"Qısaqapanmalar buna görə olur" | Pula qənaət üçün faciə riski yaradanlar - Baku TV

Cəmiyyət
19 mart 2026 418 baxış
Mart ayının 30-na qədər... | Bölgələrə gedənlərin nəzərinə - Baku TV

Mart ayının 30-na qədər... | Bölgələrə gedənlərin nəzərinə - Baku TV

Cəmiyyət
19 mart 2026 418 baxış
"Təbii qızıləhmədi almasıdır, qiyməti..." | Bayram ərəfəsində bazarda qiymətlər necədir? - Baku TV

"Təbii qızıləhmədi almasıdır, qiyməti..." | Bayram ərəfəsində bazarda qiymətlər necədir? - Baku TV

Cəmiyyət
19 mart 2026 418 baxış
Seçilmişlər
icon