Pleyeri seçin:
Ağsunun Natəvan küçəsinin natəmiz vəziyyəti - Baku TV
Ağsu şəhərinin Natəvan küçəsində uzun müddətdir antisanitar vəziyyət hökm sürür.
Belə ki, məişət tullantıları üçün nəzərdə tutulan konteynerlər vaxtında boşaldılmadığından dolub-daşır, zibillər ətrafa yayılaraq ərazidə üfunətli qoxu yaradır.
Sakin Şəhla Mustafayeva bildirir ki, yaranmış vəziyyət məhəllənin ümumi görünüşünü korlamaqla yanaşı, əhalinin sağlamlığı üçün ciddi təhlükə mənbəyinə çevrilib:
“Zibili hara gəldi atırlar, qoxu aləmi götürüb. Məhləmiz biabırçı gündədir. Uşaqlar məktəbə gedə bilmir, xəstəlik tapırlar. Yollarımız da bərbad vəziyyətdədir. Şikayət etdikdə isə bizə deyilir ki, bura planda deyil. Ərazi tam yiyəsiz qalıb. Belə yerdə insan yaşayar?!”.
Kopyalandı
#Ağsu teqi istifadə olunub
- "Yalandan lent bağlayıblar ki..." | Ağsu dolaylarında sürüşmə zonası genişlənir - Baku TV
- "Təxminən 15 metr..." | Ağsuda asfalt örtüyündə dərin çatlar və çökmələr əmələ gəlib - Baku TV
- Ağsuda yol problemi: Rayon sakinləri uzun müddət davam edən problemdən şikayətçidir - Baku TV
- Ağsuda çökən yol sürücülərə təhlükəli anlar yaşatdı - Baku TV
- Ağsu-Bico-Çöl Göylər avtomobil yolu tam yararsız vəziyyətdə | Sürücülərin şikayəti - Baku TV
