Pleyeri seçin:
Ailəsi zəlzələdə ölən tələbənin arzularından danışdı
Türkiyənin Malatya şəhərində fevralın 6-da baş vermiş zəlzələ nəticəsində dağıntılar altında qalan 4 azərbaycanlı tələbə − Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadənin meyitləri uzunmüddətli axtarışdan sonra fevralın 14-də tapılıb.
Baku TV-nin əməkdaşı vəfat edən tələbəmiz Hümam İsmayıllının evində olub. Həlak olan gəncin babası Barat Səfərov hadisədən 1 ay öncə nəvəsi ilə telefonla danışdığını deyib: “Dedim, tətildir, evə niyə gəlmirsən? Mənə dedi ki, həm dil öyrənmək üçün kursa gedirəm, həm də magistraturaya hazırlaşıram”.
“Son ana qədər yaxşı xəbərlərini gözləyirdik, amma qismət olmadı. Türkiyəyə öz arzusu ilə getmişdi. Məktəbi də yüksək qiymətlərlə bitirmişdi”, - deyə tələbənin əmisi Coşqun İsmayıllı danışıb.
Kopyalandı
#Türkiyə teqi istifadə olunub
- Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığı Bakıda müzakirə olunacaq - Baku TV
- Kəşfiyyat dronunun Rusiya istehsalı olduğu müəyyənləşib
- 27 yaşlı futbolçuya atəş açıldı | Türkiyədə dəhşətli hadisə
- 27 yaşlı futbolçuya atəş açıldı | Türkiyədə dəhşətli hadisə - Baku TV CANLI
- Türkiyə 2017-ci ildə Rusiyadan aldığı S-400 zenit-raket komplekslərini geri qaytarmaq istəyir
