Cəmiyyət
Pleyeri seçin:

Aldatdığı həyat yoldaşını canından da etdi | Bakıdakı cinayətin təfərrüatları

07 yanvar 2025 30 baxış

2023-cü il aprelin 13-də Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə könüllü gələn Bakı şəhər sakini 42 yaşlı İsrafil Yusifov arvadı Aygün Yusifovanı öldürməsi barədə məlumat verib.

Hadisə 5-ci Binəqədi küçəsi, 2 ünvanında yerləşən “Stil Beauty” gözəllik salonunda baş verib. Giriş qapısının qarşısında, döşəmədə qadın meyiti aşkar edilib.

Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Aygün Yusifovanın ölümünə ürəyi, hər iki ağciyəri və sol böyrəyi zədələyən çoxsaylı yaralar nəticəsində inkişaf etmiş massiv daxili və xarici qanitirmə səbəb olub.

İstintaqla müəyyən edilib ki, 2023-cü il martın 27-də İsrafil və Aygün Yusifovların aralarında bağlanmış nikah pozulub. Məhkəmə 17, 15 və 7 yaşlı övladlarının analarının yanında qalması və İsrafil Yusifovun Aygün Yusifovaya aliment verməsi haqda qərar qəbul edib.

Aprelin 5-də əməkhaqqı ödənişi kartına 529 manat pul köçdüyünü, həmin məbləğin 300 manatını yalnız Lənkəran şəhərində müvəqqəti yaşadığı evin kirayəsinə ödəməli olduğunu və yerdə qalan pulun ayın sonunadək kifayət etməyəcəyəni görən İsrafil Aygünə zəng edib, özündə qalan pul vəsaiti ilə dolana bilməyəcəyini deyib. Bakıda yaşadıqları evin 1-ci mərtəbəsinin kirayəsindən aldığı 250 manat pulu ona göndərməsini tələb etdikdə keçmiş arvadı buna etiraz edib.

Bundan əsəbiləşən İsrafil Aygünü tamah niyyəti ilə öldürmək qərarına gəlib. Bu məqsədlə aprelin 13-də səhər Bakıya gələrək məişət təyinatlı bıçaq alıb və saat 11:30-da 5-ci Binəqədi küçəsi, 2 ünvanında “Stil beauty” gözəllik salonuna gedib. Orada işləyən Aygünlə mübahisə edib. Sonra cibindən bıçağı çıxarıb, ona xəsarətlər yetirib. Qadın yerdə sürünərək ondan uzaqlaşmağa çalışıb, aman diləməsinə məhəl qoymayıb, müstəsna dərəcədə rəhmsizliklə ümumilikdə bədəninə 8 dəfə zərbə endirib. Axırıncı zərbəni Aygünün ürəyinə vurub, bıçağı həmin nahiyədə sancılmış vəziyyətdə saxlayaraq hadisə yerindən uzaqlaşıb.

Məhkəmə iclasında İsrafil Yusifov ittiham üzrə özünü qismən təqsirli bilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə İsrafil Yusifov 19 il müddətinə azadlıqdan məhrum olunub.

Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib. İ.Yusifovun cəzası 17 ilə endirilib.

Təyyarə qəzasında ölənlərin borcları ilə bağlı ABA və AMFA-dan məlumat

Təyyarə qəzasında ölənlərin borcları ilə bağlı ABA və AMFA-dan məlumat

Cəmiyyət
08 yanvar 2025 30 baxış
Qazı camaata rüşvətlə verir, amma… | Gədəbəydə sakinləri boğaza yığan problemlər

Qazı camaata rüşvətlə verir, amma… | Gədəbəydə sakinləri boğaza yığan problemlər

Cəmiyyət
08 yanvar 2025 30 baxış
Artıq Təpəgöz, Məlikməmməd lazım deyil, çünki... | Nağıllar uşaqları hipnoz edir?

Artıq Təpəgöz, Məlikməmməd lazım deyil, çünki... | Nağıllar uşaqları hipnoz edir?

Cəmiyyət
08 yanvar 2025 30 baxış
TƏBİB-dən təyyarə qəzasında yaralananların vəziyyəti barədə açıqlama

TƏBİB-dən təyyarə qəzasında yaralananların vəziyyəti barədə açıqlama

Cəmiyyət
08 yanvar 2025 30 baxış
Bananı necə yumalıyıq? - Bu məhsullardan uzaq tutun, çünki...

Bananı necə yumalıyıq? - Bu məhsullardan uzaq tutun, çünki...

Cəmiyyət
08 yanvar 2025 30 baxış
AZAL-dan ləğv edilən reyslə bağlı təcili məlumat

AZAL-dan ləğv edilən reyslə bağlı təcili məlumat

Cəmiyyət
08 yanvar 2025 30 baxış
Təyyarə qəzasından sağ çıxan ata və oğulun film kimi hekayəsi

Təyyarə qəzasından sağ çıxan ata və oğulun film kimi hekayəsi

Cəmiyyət
08 yanvar 2025 30 baxış
93 yaşlı nənə nəvələrinə endirim qazandırdı

93 yaşlı nənə nəvələrinə endirim qazandırdı

Cəmiyyət
08 yanvar 2025 30 baxış
Paytaxtda böyük məbləğdə pul tapıldı

Paytaxtda böyük məbləğdə pul tapıldı

Cəmiyyət
08 yanvar 2025 30 baxış
Ata öz qızından niyə imtina etdi? | 24 SAAT

Ata öz qızından niyə imtina etdi? | 24 SAAT

Cəmiyyət
08 yanvar 2025 30 baxış
Seçilmişlər
icon