Pleyeri seçin:

TƏBİB-dən təyyarə qəzasında yaralananların vəziyyəti barədə açıqlama

08 yanvar 2025 293 baxış

AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən təyyarənin ötən ilin dekabr ayının 25-də Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində xəsarət alan və Bakıya gətirilən şəxslərdən ümumilikdə 6 nəfərin (2 kişi, 4 qadın) müalicəsi Yeni Klinikada davam etdirilir.

Bu barədə TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, ötən ilin dekabr ayının 30-da stabil ağır vəziyyətdə tibb müəssisəsinin Reanimasiya şöbəsinə daxil olan şəxs kliniki və hemodinamik göstəriciləri stabilləşdikdən sonra stasionar şöbəyə köçürülüb.

Məlumata görə, sol baldırın, sağ körpücük sümüklərinin, sağ əlin 2 daraq sümüklərinin sınıqları diaqnozu ilə həmin şəxsin üzərində baldır sümüklərinin osteosintez (sınıqlar zamanı sümüklərin anatomik quruluşunun bərpası) əməliyyatı icra olunub. Hazırda pasiyentin vəziyyəti kafi olaraq qiymətləndirilir.

Bundan başqa, travmatik koma vəziyyətində daxil olan digər iki pasiyentin kəllə-beyin travması, müxtəlif dərəcəli sınıqlar, döş qəfəsinin küt travması və pnevmohemotoraks diaqnozları ilə protokola uyğun olaraq müalicələri Reanimasiya şöbəsində davam etdirilir. Hazırda tənəffüs dəstəyi ilə təmin olunublar. Vəziyyətləri isə ağır olaraq qiymətləndirilir.

Qeyd edək ki, daha öncə hospitalizasiya olunan 14 nəfərdən daha 2 nəfər də ambulator müalicə üçün evə buraxılıb. Tibb müəssisəsində qalan digər 3 nəfərin stasionar müalicəsi davam etdirilir, vəziyyətləri qənaətbəxşdir.

İnsanların sağlamlığı təhlükəyə atılır? | "Hər şey pul tələsidir" - Baku TV

İnsanların sağlamlığı təhlükəyə atılır? | "Hər şey pul tələsidir" - Baku TV

Cəmiyyət
12 mart 2026 293 baxış
“Ondan sonra qəddarlaşdım” - Mərhum polisin 30 illik xanımı göz yaşları içində | ARZUNUN VAXTI

“Ondan sonra qəddarlaşdım” - Mərhum polisin 30 illik xanımı göz yaşları içində | ARZUNUN VAXTI

Cəmiyyət
12 mart 2026 293 baxış
Ramazan ayının 23-cü gününün duası - Baku TV

Ramazan ayının 23-cü gününün duası - Baku TV

Cəmiyyət
12 mart 2026 293 baxış
Süleyman Rüstəmin 120 illiyinə həsr olunmuş anım tədbiri keçirildi

Süleyman Rüstəmin 120 illiyinə həsr olunmuş anım tədbiri keçirildi

Cəmiyyət
12 mart 2026 293 baxış
Xalq şairi Cabir Novruzun anım tədbiri keçirildi

Xalq şairi Cabir Novruzun anım tədbiri keçirildi

Cəmiyyət
12 mart 2026 293 baxış
4 cildlik “Azərbaycan Kinosu. Yığcam Ensiklopediya (1898 – 2025)” kitabı nəşr olundu - Baku TV

4 cildlik “Azərbaycan Kinosu. Yığcam Ensiklopediya (1898 – 2025)” kitabı nəşr olundu - Baku TV

Cəmiyyət
12 mart 2026 293 baxış
"Oğuz eli var idi, bu da Oğuz gölüdür!" | Bərbad haldakı küçə | "Girməyə qorxurlar ki..." - Baku TV

"Oğuz eli var idi, bu da Oğuz gölüdür!" | Bərbad haldakı küçə | "Girməyə qorxurlar ki..." - Baku TV

Cəmiyyət
12 mart 2026 293 baxış
"Qiymət aşağıdır, amma..." | Novruz alış-verişi üçün yarmarka, yoxsa bazar sərfəlidir? - Baku TV

"Qiymət aşağıdır, amma..." | Novruz alış-verişi üçün yarmarka, yoxsa bazar sərfəlidir? - Baku TV

Cəmiyyət
12 mart 2026 293 baxış
Ən çox izlənən "Baku TV" oldu | "YouTube"da baxış sayımız 2 milyardı ötdü - Baku TV

Ən çox izlənən "Baku TV" oldu | "YouTube"da baxış sayımız 2 milyardı ötdü - Baku TV

Cəmiyyət
12 mart 2026 293 baxış
"Bizim üçün çətin idi" | İmtahan sualları abituriyentlərə nə qədər çətinlik yaratdı? - Baku TV

"Bizim üçün çətin idi" | İmtahan sualları abituriyentlərə nə qədər çətinlik yaratdı? - Baku TV

Cəmiyyət
12 mart 2026 293 baxış
Seçilmişlər
icon