Pleyeri seçin:

İnsanların sağlamlığı təhlükəyə atılır? | "Hər şey pul tələsidir" - Baku TV

12 mart 2026 571 baxış

“Tək prosedurla piylərindən birdəfəlik azad ol”, “Bir seansdan möhtəşəm dəyişim” kimi başlıqlarla rastlaşmaq hər birimiz üçün adi hala gəlib. Bu tip elanlarda iddia edilir ki, müvafiq aparatla piylər əvvəlcə dondurulur, sonra isə yavaş-yavaş əridilir.

Bəs bu prosedurların insan sağlamlığına hansı riskləri ola bilər?

Tibb üzrə fəlsəfə doktoru Abbas Bağırov qeyd edib:

“Tibbi cihazlar vasitəsilə həyata keçirilən tədbirlər ya müvəqqəti təsir göstərir, ya heç bir effekt vermir, ya da yanaşı gedən bir neçə prosesə səbəb olur. Lipolis prosesi piylərin əriməsi prosesidir və bu, arıqlama zamanı baş verir. Lipolis prosesi nə qədər sürətli olsa, qanda olan yağ turşuları, xolesterin, lipid fraksiyaları və digər mübadilə məhsullarının miqdarı artır. Bu isə kapilyar sistemində qanın hərəkətini zəiflədir, toxumaların qidalanmasını çətinləşdirir və işemik proseslərin başlamasına şərait yaradır. Nəticədə, daha ciddi xəstəliklərin yaranma riski yüksəlir”.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən bildirilib ki, 2024-cü il 21 may tarixində vətəndaş müraciəti əsasında “Arzum Fit Arıqlama Mərkəzi” adlanan müəssisədə plandankənar yoxlama aparılıb və müəssisənin lisenziya olmadan özəl tibbi fəaliyyətlə məşğul olduğu müəyyən edilib:

“Araşdırma çərçivəsində müəssisənin sahibi İlkin Xəlilov və işçisi Fatimə Xəlilovanın izahatları alınıb və müəssisə barədə protokol tərtib olunub. Arıqlama cihazları vasitəsilə əhaliyə tətbiq olunan bu tip prosedurlar dermatoloji ixtisas üzrə tibbi kosmetoloji xidmət hesab olunur. Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli 206 nömrəli qərarına əsasən, bu xidmətlər yalnız lisenziyaya malik tibb müəssisələrində göstərilə bilər və prosedurlar həkim-dermatoloq və ya ali tibbi təhsilli, müvafiq ixtisas üzrə hazırlıq keçmiş həkim tərəfindən icra olunmalıdır. Qanuna əsasən, tibb fəaliyyəti yalnız müvafiq lisenziya əsasında həyata keçirilir”.

Banner
“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

Cəmiyyət
06 noyabr 2026 571 baxış
"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

Cəmiyyət
06 noyabr 2026 571 baxış
Zəfərdən doğan işıq - Baku TV

Zəfərdən doğan işıq - Baku TV

Cəmiyyət
06 noyabr 2026 571 baxış
Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Cəmiyyət
06 noyabr 2026 571 baxış
"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

Cəmiyyət
06 noyabr 2026 571 baxış
Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Cəmiyyət
06 noyabr 2026 571 baxış
“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

Cəmiyyət
06 noyabr 2026 571 baxış
Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Cəmiyyət
06 noyabr 2026 571 baxış
MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Cəmiyyət
06 noyabr 2026 571 baxış
"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

Cəmiyyət
06 noyabr 2026 571 baxış
Seçilmişlər
icon