Pleyeri seçin:

Süni gellərin ölkəyə gətirilməsinə icazə var? - Ağır fəsadları açıqlandı

20 dekabr 2024 501 baxış

Qadınların bir çoxu xarici görünüşlərində müxtəlif dəyişikliklər etmək üçün kosmetoloji prosedurlara ehtiyac duyurlar. Təəssüf ki, bəzən bu dəyişiklik fəsadlarla nəticələnir.

Müşahidələr göstərir ki, bəzi kosmetoloqlar “gözəllik qurban tələb edir” ifadəsini yanlış anlayıblar. Onların istifadə etdiyi süni keyfiyyətsiz gellər ciddi fəsadlara yol açır.

Burnuna dolğu etdirən bloger Nuray Muxtarovanın burun qığırdağının və daha əvvəl Leyla Mirzəliyeva adlı modelin bədəninin müəyyən nahiyəsinə dolğu vurduqdan sonra çürüməsi bunu sübuta yetirdi.

Estetik cərrah Gündüz Bayramın sözlərinə görə, dolğudan sonra çürümə halları ilə bağlı müraciətlərin sayı günü-gündən artır. Bu dolğular uzun müddət orqanizmdən xaric olmur, fəsadlarının nə zaman ortaya çıxacağını təyin etmək isə mümkün deyil.

“Təbii dolğu vurdurmaq olar, amma 40 yaşdan sonra. Qadınların gənc yaşda dolğu etdirməsi məsləhət deyil. Çünki sovrulandan sonra sallanmaya səbəb olur”, – deyə həkim söyləyib.

Baku TV kosmetoloji gellərin əsasən xaricdən gətirildiyini nəzərə alaraq ölkəyə keçirilməsi üçün icazəsinin alındığı Dövlət Gömrük Komitəsinə müraciət edib.

Komitədən bildirilib ki, kosmetoloji prosedurlar zamanı istifadə edilən gellərin ölkəyə gətirilməsi Səhiyyə Nazirliyi tərəfindən verilən gigiyenik sertifikat əsasında həyata keçirilir. Süni və ya təbii üsullarla hazırlanmasından asılı olmayaraq, bu qəbildən olan məhsullar müvafiq sertifikatla təmin olunmadığı təqdirdə ölkəyə gətirilməsinə icazə verilmir.

Banner
“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

Cəmiyyət
06 noyabr 2026 501 baxış
"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

Cəmiyyət
06 noyabr 2026 501 baxış
Zəfərdən doğan işıq - Baku TV

Zəfərdən doğan işıq - Baku TV

Cəmiyyət
06 noyabr 2026 501 baxış
Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Cəmiyyət
06 noyabr 2026 501 baxış
"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

Cəmiyyət
06 noyabr 2026 501 baxış
Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Cəmiyyət
06 noyabr 2026 501 baxış
“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

Cəmiyyət
06 noyabr 2026 501 baxış
Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Cəmiyyət
06 noyabr 2026 501 baxış
MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Cəmiyyət
06 noyabr 2026 501 baxış
"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

Cəmiyyət
06 noyabr 2026 501 baxış
Seçilmişlər
icon