Ambulanslar bu zolaqlardan istifadə edəcək | Səsgücləndiricilərlə bağlı icazə isə...
“Təcili tibbi yardım maşınlarının avtobuslar üçün ayrılmış xüsusi zolaqlarda hərəkət etməsi üçün müvafiq qurumlardan icazələr alınıb”.
Bunu Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin icraçı direktoru Vüqar Qurbanov 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair keçirilən mətbuat konfransında jurnalistlərin sualını cavablayarkən deyib.
Qurum rəsmisi qeyd edib ki, təcili tibbi yardım maşınlarında xəstə daşınmadığı zaman səs və işıq siqnallarından istifadəyə icazə verilmir:
“Əgər avtobusda xəstə daşınırsa, bu zaman səsgücləndiricidən və işıq siqnallarından istifadəyə icazə verilir. Əks halda, bunun istifadəsi yolverilməzdir. Çünki bu, vətəndaşların rahatlığını pozan bir haldır. Təcili yardım maşını xidmət göstərdikdən sonra müvafiq ünvanına qayıdanda bu siqnallara ehtiyac yoxdur”.
#TƏBİB teqi istifadə olunub
- Qafqazın ən böyük sümük iliyi transplantasiyası şöbəsi ilə bağlı açıqlama
- Azərbaycanda uşaqlar üçün ayrıca reabilitasiya mərkəzi yaradılacaq
- "Avropa və Asiya ölkələri arasında ilk sıralarda olacaq" | Vüqar Qurbanov
- TƏBİB-in icraçı direktoru yeni açılan mərkəzin özəlliyindən danışdı
- TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun mətbuat konfransı - CANLI
