İş yerindəki mübahisə faciəyə səbəb oldu | Qətl törədən cinayətkara hökm oxundu - Baku TV
Bakıda iş yoldaşının başından stəkanla vurub onu öldürməkdə təqsirləndirilən Möhsün Abdullayevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən iclasda hökm oxunaraq o, 9 il 6 ay azadlıqdan məhrum edilib.
Xatırladaq ki, ötən prosesdə prokuror təqsirləndirilənin 12 il 6 ay azadlıqdan məhrum edilməsini məhkəməyə təklif etmişdi.
Qeyd edək ki, ittihama görə, Möhsün Abdullayev iş yerində mübahisə zəminində masanın üzərindəki stəkanla iş yoldaşı Bahadur Tağıyevin başına bir neçə dəfə zərbə endirdikdən sonra yumruq və təpiklə də ona vurub. Bahadur Tağıyevə görə təcili tibbi yardım çağırılsa da, həkim briqadası hadisə yerinə çatanda o, artıq aldığı xəsarətlərdən həyatını itirib.
Möhsün Abdullayev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunaraq barəsində həbs qətimkan tədbiri seçilib.
#Qətl hadisəsi teqi istifadə olunub
- Boşanmaq istəyən arvadını yolda öldürdü | Xəzər rayonunda dəhşətli hadisə - Baku TV
- Məsciddə qətl törədən şəxs məhkəmədə danışdı - Baku TV
- Qandonduran hadisə | Arvadını öldürməkdə təqsirləndirilən Səməndərin aqibəti necə oldu? - Baku TV
- Maştağada tükürpərdən hadisə | 3 il davam edən məhkəmədə nələr üzə çıxdı? - Baku TV
- "Qərbi azərbaycanlıları söydü..." I Qadına 23 bıçaq zərbəsi vuran şəxs - Baku TV
