Pleyeri seçin:

Tanışını bıçaqlayıb qaçmaq istədi, maşın vurdu | Cinayətkar məhkəmədə dindirildi - Baku TV

06 dekabr 2025 176 baxış

Bakının Yasamal rayonunda Azər İbrahimovu qətlə yetirməkdə təqsirləndirilən və əvvəllər məhkum olunmuş Təbriz Həsənovun cinayət işinin sonuncu məhkəmə baxışı keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə prokuror dövlət ittihamını müdafiə edərkən təqsirləndirilənin 20 il azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib. Müşavirədən sonra hökm oxunaraq Təbriz Həsənov 18 il azadlıqdan məhrum olunub.

Qeyd edək ki, 2024-cü ilin oktyabrın 13-də saat 22:00 radələrində paytaxtın Yasamal rayonu ərazisində 1987-ci il təvəllüdlü Azər İbrahimovu kəsici alətlə qətlə yetirməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Təbriz Həsənov polis əməkdaşlarının keçirdikləri tədbirlərlə müəyyən edilərək istintaqa cəlb edilib.

Araşdırmalarla məlum olub ki, Azər İbrahimov tanışları ilə birlikdə restoranda yeyib-içdikdən sonra yaranmış mübahisə zamanı qolundan və kürəyindən bıçaq xəsarətləri alıb. O, ağır vəziyyətdə dərhal Kliniki Tibbi Mərkəzə çatdırılsa da, tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Təbriz Həsənov isə cinayəti törətdikdən sonra hadisə yerini tərk edərkən naməlum avtomobil tərəfindən vurulması nəticəsində aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Polis nəzarətində onun müalicəsi bitdikdən sonra barəsində həbs qətimkan tədbiri seçilərək ona qarşı cinayət məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Fermada yaşayan 4 uşaq anası imdad diləyir | "Ərimi bu vəziyyətdə qoyub necə işləyim?!" - Baku TV

Fermada yaşayan 4 uşaq anası imdad diləyir | "Ərimi bu vəziyyətdə qoyub necə işləyim?!" - Baku TV

Cəmiyyət
20 yanvar 2026 176 baxış
Qar bu rayonda aləmi bir-birinə vurdu, ağır fəsadlar yarandı | "Bərbad vəziyyətdədir" - Baku TV

Qar bu rayonda aləmi bir-birinə vurdu, ağır fəsadlar yarandı | "Bərbad vəziyyətdədir" - Baku TV

Cəmiyyət
20 yanvar 2026 176 baxış
Pis hava şəraitinə baxmayaraq, xalq Şəhidlər xiyabanına axın etdi - Baku TV

Pis hava şəraitinə baxmayaraq, xalq Şəhidlər xiyabanına axın etdi - Baku TV

Cəmiyyət
20 yanvar 2026 176 baxış
Soydaşlarımız Qanlı Yanvarda Bakıya necə dəstək oldular? - Baku TV

Soydaşlarımız Qanlı Yanvarda Bakıya necə dəstək oldular? - Baku TV

Cəmiyyət
20 yanvar 2026 176 baxış
"O gündən evimizin işığı söndü..." | 20 Yanvar şəhidinin həyat yoldaşından təsirli sözlər - Baku TV

"O gündən evimizin işığı söndü..." | 20 Yanvar şəhidinin həyat yoldaşından təsirli sözlər - Baku TV

Cəmiyyət
20 yanvar 2026 176 baxış
"O qədər adamı Rusiyaya apardılar" - 20 Yanvar faciəsi Mirnaib Həsənoğlunun obyektivindən - Baku TV

"O qədər adamı Rusiyaya apardılar" - 20 Yanvar faciəsi Mirnaib Həsənoğlunun obyektivindən - Baku TV

Cəmiyyət
20 yanvar 2026 176 baxış
Dəhşətli gecənin canlı şahidi olanları danışdı | "Orduya işarə etdilər ki..." - Baku TV

Dəhşətli gecənin canlı şahidi olanları danışdı | "Orduya işarə etdilər ki..." - Baku TV

Cəmiyyət
20 yanvar 2026 176 baxış
“Üstlərindən tanklarla keçdilər” | 20 Yanvar hadisəsinin şahidi yaşadığı dəhşəti danışdı  - Baku TV

“Üstlərindən tanklarla keçdilər” | 20 Yanvar hadisəsinin şahidi yaşadığı dəhşəti danışdı - Baku TV

Cəmiyyət
20 yanvar 2026 176 baxış
20 Yanvar faciəsi zamanı metroda nələr yaşanırdı? - "Daha böyük faciə ola bilərdi" - Baku TV

20 Yanvar faciəsi zamanı metroda nələr yaşanırdı? - "Daha böyük faciə ola bilərdi" - Baku TV

Cəmiyyət
20 yanvar 2026 176 baxış
Qarlı hava ölkədə sürücülərə gərgin anlar yaşadır - Baku TV CANLI

Qarlı hava ölkədə sürücülərə gərgin anlar yaşadır - Baku TV CANLI

Cəmiyyət
20 yanvar 2026 176 baxış
Seçilmişlər
icon