Pleyeri seçin:

Anasının lənətlədiyi, 2 övladını faciəvi şəkildə itirən aktrisa | Nuriyyə Əhmədova - RETRO BAKU

28 dekabr 2025 472 baxış

“Retro Baku” verilişinin növbəti buraxılışı tanınmış kino aktrisası, Xalq artisti Nuriyyə Əhmədovanın həyat və yaradıcılığına həsr olunub.

Ailəsi onun aktrisa olmasını istəməyib. Anası bu seçimi heç vaxt qəbul etməyib və Nuriyyə xanım sonralar bunu taleyinin üzərində bir lənət kimi hiss etdiyini etiraf edib. Dəfələrlə sənətinə görə lənətləndiyini düşündüyünü açıq şəkildə dilə gətirib.

Filmoqrafiyasında əsasən epizodik rollar yer alsa da, Nuriyyə Əhmədova yaratdığı parlaq və yaddaqalan obrazlarla tamaşaçı yaddaşında silinməz iz qoyub.

O, sənətdə xoşbəxt idi. Lakin Azərbaycan kino tarixində onun qədər faciəli taleyi olan başqa bir aktrisanın tapılması çətindir.

Musiqili Komediya Teatrında çalışdığı illərdə o, Əminə Yusifqızının qardaşı, tanınmış musiqiçi Xanlar İbadovla tanış olur və ailə qurur. Bu nikahdan iki övladı – İlahə və Əli dünyaya gəlir. Ancaq ailə səadətini tam yaşamaq aktrisaya qismət olmur. 20 yaşında olan qızı yenicə ana olduğu günlərdə həyat yoldaşı tərəfindən amansızcasına qətlə yetirilir.

Aktrisa oğlunun xoşbəxtliyində də təsəlli tapa bilmir. Bir müddət sonra oğlunun ailəsi dağılır və həyat Nuriyyə Əhmədovanın qarşısına daha bir ağır sınaq çıxarır. Oğlu Əli xərçəng xəstəliyinə tutulur. Uzunmüddətli müalicələrə baxmayaraq, Əli 37 yaşında dünyasını dəyişir.

Nuriyyə Əhmədovanın həyatı sənətin parıltısı ilə bəzənsə də, taleyi qaranlıq, ağrılı və təkliyin kölgəsində keçib. Onun adı Azərbaycan kinosunun unudulmaz simaları arasında olduğu kimi, insan ruhunun ən ağır sınaqlarını yaşamış qadınların sırasında da xatırlanır.

Bakının tarixi binaları yanğın təhlükəsi ilə üz-üzədir? - AKTUAL GÜNDƏM

Bakının tarixi binaları yanğın təhlükəsi ilə üz-üzədir? - AKTUAL GÜNDƏM

Cəmiyyət
07 avqust 2026 472 baxış
Heyvan leşləri, həşəratlar... | Sakinlər acınacaqlı halda qalıb - Baku TV CANLI

Heyvan leşləri, həşəratlar... | Sakinlər acınacaqlı halda qalıb - Baku TV CANLI

Cəmiyyət
07 avqust 2026 472 baxış
"Şikayət edirik, "Azərsu"nu günahlandırırlar" | Yaşayış kompleksinin sakinləri təngə gəlib - Baku TV

"Şikayət edirik, "Azərsu"nu günahlandırırlar" | Yaşayış kompleksinin sakinləri təngə gəlib - Baku TV

Cəmiyyət
07 avqust 2026 472 baxış
Qanunsuz küçə ticarəti sakinlərin başına hansı oyunu açır? - Baku TV

Qanunsuz küçə ticarəti sakinlərin başına hansı oyunu açır? - Baku TV

Cəmiyyət
07 avqust 2026 472 baxış
“Xəstəlikdir, baxın da bura, belə yaşayış olar?!" - Küçədə dəhşətə gətirən mənzərə - Baku TV

“Xəstəlikdir, baxın da bura, belə yaşayış olar?!" - Küçədə dəhşətə gətirən mənzərə - Baku TV

Cəmiyyət
07 avqust 2026 472 baxış
"Xəstəlik mənbəyidir, amma işlədirik" | Əhali dəhşətli durumda | "İlan-qurbağa çıxarırıq" - Baku TV

"Xəstəlik mənbəyidir, amma işlədirik" | Əhali dəhşətli durumda | "İlan-qurbağa çıxarırıq" - Baku TV

Cəmiyyət
07 avqust 2026 472 baxış
"Heç 50 m məsafə kifayət deyil" | Yanacaqdoldurma məntəqələri ətrafa təhlükə saçır? - Baku TV

"Heç 50 m məsafə kifayət deyil" | Yanacaqdoldurma məntəqələri ətrafa təhlükə saçır? - Baku TV

Cəmiyyət
07 avqust 2026 472 baxış
"Arzum"un vəkilindən məhkəmənin detalları ilə bağlı açıqlama - Baku TV

"Arzum"un vəkilindən məhkəmənin detalları ilə bağlı açıqlama - Baku TV

Cəmiyyət
07 avqust 2026 472 baxış
ADY-dən vacib yenilik: Biletləri daha erkən almaq mümkün olacaq - Baku TV

ADY-dən vacib yenilik: Biletləri daha erkən almaq mümkün olacaq - Baku TV

Cəmiyyət
07 avqust 2026 472 baxış
Sürücülərin nəzərinə | Paytaxtda daha üç küçədə təmir başlandı - Baku TV

Sürücülərin nəzərinə | Paytaxtda daha üç küçədə təmir başlandı - Baku TV

Cəmiyyət
06 avqust 2026 472 baxış
Seçilmişlər
icon