“Xəstəlikdir, baxın da bura, belə yaşayış olar?!" - Küçədə dəhşətə gətirən mənzərə - Baku TV
Biləsuvar rayonunun Həzi Aslanov küçəsində antisanitariya vəziyyəti sakinlərin narazılığına səbəb olub.
Sakinlər Baku TV-nin qaynar xəttinə müraciət edərək bildiriblər ki, ərazidə məişət tullantıları vaxtında daşınmır. Nəticədə küçədə zibil yığılıb, ərazini üfunət bürüyüb və sakinlər xəstəlik riski ilə üz-üzə qalıblar.
Sakinlərin sözlərinə görə, ərazidə məişət tullantıları ilə yanaşı, ölmüş heyvanların cəsədlərinə də rast gəlinir. Onlar bildirirlər ki, zibillikdə sahibsiz itlər toplaşır. Ərazidə ilanların da göründüyü deyilir.
“Buraya beş ildir gəlmişəm, təmiz hava görməmişəm. Zibili bura atmaq əvəzinə, çayın içinə də atırlar. Nəfəs almaq mümkün deyil. Dəfələrlə deyilib ki, gəlib yığışdıracağıq, amma sözlərinə əməl etməyiblər”, – deyə şikayətçi narazılığını dilə gətirib.
#Biləsuvar teqi istifadə olunub
- Gömrük yoxlaması zamanı görün nələr üzə çıxdı - Baku TV CANLI
- Söz-söhbətin sonu faciə ilə bitdi | Biləsuvarda qandonduran qətl - Baku TV CANLI
- Biləsuvarda 44 yaşlı kişinin ölümündə şübhəli bilinən 16 yaşlı yeniyetmə tutuldu - Baku TV
- Heyvan leşləri, həşəratlar... | Sakinlər acınacaqlı halda qalıb - Baku TV CANLI
- Biləsuvarda dəhşət | Kənd sakini faciəvi hadisədən danışdı - Baku TV
