Pleyeri seçin:

Biləsuvarda 44 yaşlı kişinin ölümündə şübhəli bilinən 16 yaşlı yeniyetmə tutuldu - Baku TV

14 avqust 2026 477 baxış

Biləsuvar rayonunun Dərvişli kəndində qətl hadisəsi baş verib.

Hadisə şahidlərinin bildirdiyinə görə, eyni kənddən olan 16 yaşlı yeniyetmə və 44 yaşlı Şölət Rüstəmli arasında bir gün əvvəl mübahisə yaranıb. Söhbətlərinə aydınlıq gətirmək üçün onlar avqustun 13-də axşam saatlarında kənddə dükanın qarşısında görüşüblər. Bu zaman yeniyetmə bıçağa əl ataraq həmkəndlisini bıçaqlayıb.

Bıçaq xəsarəti alan Şölət Rüstəmlini kənd sakinləri onun özünə məxsus nəqliyyat vasitəsinə qoyaraq Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Buna baxmayaraq, o, yolda həyatını itirib.

Kənd sakinlərinin sözlərinə görə, tərəflər yaxın qohum olublar və əvvəllər aralarında hər hansı ciddi problem yaşanmayıb.

“İkisi də yaxın qohum idi. Həmişə də mehriban olublar. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. Hər iki ailə nümunəvi ailə idi, əvvəllər heç bir narazılıqları olmayıb. Mərhum Rusiyada işləyirdi, üç-dörd gün əvvəl kəndə qayıtmışdı. Ailəli idi, iki övladı var idi”, – deyə kənd sakini bildirib.

Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Biləsuvar Rayon Şöbəsinə təhvil verilib.

Münaqişə zəminində həmin cinayət əməlini törətməkdə şübhəli bilinən 16 yaşlı yeniyetmə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Hadisənin təfərrüatları dəqiqləşdirilir.

Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda araşdırma aparılır.

“Dedi, səni çatladaraq öldürəcəyəm” | Müəllimlər əlbəyaxa dava edib? | Məktəbdə qalmaqal - Baku TV

“Dedi, səni çatladaraq öldürəcəyəm” | Müəllimlər əlbəyaxa dava edib? | Məktəbdə qalmaqal - Baku TV

Hadisə
01 oktyabr 2026 477 baxış
KMBİ-dən milyonluq qumar şəbəkəsinə qarşı əməliyyat - Baku TV CANLI

KMBİ-dən milyonluq qumar şəbəkəsinə qarşı əməliyyat - Baku TV CANLI

Hadisə
01 oktyabr 2026 477 baxış
Yasamalda mənzildən idarə olunan milyonluq qumar şəbəkəsinə qarşı KMBİ-dən əməliyyat - Baku TV

Yasamalda mənzildən idarə olunan milyonluq qumar şəbəkəsinə qarşı KMBİ-dən əməliyyat - Baku TV

Hadisə
01 oktyabr 2026 477 baxış
Kürdəmirdə toydan sonra xəstəxanaya çatdırılanların son durumu - Baku TV CANLI

Kürdəmirdə toydan sonra xəstəxanaya çatdırılanların son durumu - Baku TV CANLI

Hadisə
01 oktyabr 2026 477 baxış
Xəstəxanaya düşən 92 nəfərlə bağlı Baş Prokurorluqdan təcili məlumat - Baku TV

Xəstəxanaya düşən 92 nəfərlə bağlı Baş Prokurorluqdan təcili məlumat - Baku TV

Hadisə
01 oktyabr 2026 477 baxış
Kürdəmirdə şadlıq məclisində yüzə yaxın sakin dəhşət yaşadı - Baku TV CANLI

Kürdəmirdə şadlıq məclisində yüzə yaxın sakin dəhşət yaşadı - Baku TV CANLI

Hadisə
01 oktyabr 2026 477 baxış
Bərdədə 26 yaşlı oğlan amansızlıqla öldürüldü - Baku TV CANLI

Bərdədə 26 yaşlı oğlan amansızlıqla öldürüldü - Baku TV CANLI

Hadisə
01 oktyabr 2026 477 baxış
Toy az qala faciəyə çevriləcəkdi | 50-ə yaxın sakin niyə xəstəxanalıq oldu? - Baku TV

Toy az qala faciəyə çevriləcəkdi | 50-ə yaxın sakin niyə xəstəxanalıq oldu? - Baku TV

Hadisə
01 oktyabr 2026 477 baxış
Şamaxıda faciəvi qəza | Avtomobil piyadanı vuraraq öldürüb - Baku TV

Şamaxıda faciəvi qəza | Avtomobil piyadanı vuraraq öldürüb - Baku TV

Hadisə
01 oktyabr 2026 477 baxış
Bərdədə qanlı mübahisə | 26 yaşlı şəxs bıçaqlanaraq öldürülüb - Baku TV

Bərdədə qanlı mübahisə | 26 yaşlı şəxs bıçaqlanaraq öldürülüb - Baku TV

Hadisə
01 oktyabr 2026 477 baxış
Seçilmişlər
icon