Pleyeri seçin:

Arxeoloqlar ölkə ərazisində elə şey tapdı ki... | Detallar açıqlandı

14 iyul 2025 413 baxış

Keşikçidağda 3800 il yaşı olan döyüşçü kurqanı aşkarlanıb.

Bu barədə “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğundan məlumat verilib.

Bildirilib ki, kurqan Ceyrançöl düzənliyində yerləşən və yerli əhali arasında “Yovşanlıdərə” adı ilə tanınan ərazidə elmi-arxeoloji qazıntılar zamanı tapılıb.

Məlumata əsasən, ekspedisiyaya Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Şamil Nəcəfov rəhbərlik edib.

Onun rəhbərliyi ilə Orta Tunc dövrünə aid diametri 28, hündürlüyü isə 2 metr olan, sərkərdənin dəfn edildiyi kurqandan zəngin artefaktlar aşkarlanıb. Eni 2, uzunluğu 6 və dərinliyi 3 metr olan kurqanda qəbir kamerası uzunu boyunca üç yerə bölünüb: insan skeletinin qoyulduğu yer, gil qabların qoyulduğu otaq və tamamilə boş olan yer.

Kurqanda yarımbükülü vəziyyətdə sərkərdənin əlində tutulmuş dördtilli tunc nizə ucluğu, ayaq biləyi nahiyəsində aşkarlanan tunc bəzək əşyası, pasta muncuqlar və obsidiandan hazırlanmış əmək alətləri, 12 ədəd inkrustasiyalı və zəngin naxışlı saxsı küp aşkarlanıb. Bu küplərin hər biri boğaz və çiyin hissələrində mürəkkəb nöqtəvari döymə və basma naxışlarla bəzədilib, həmin ornamentlərin içərisi isə xüsusi ağ maddə ilə doldurularaq inkrustasiya olunub.

Kurqanın üst örtüyündə 0,5 metr torpaq örtüyündən sonra hər birinin ağırlığı 1 ton, eni 0,60 metr, uzunluğu 2 metr olan 14 ədəd qarşı-qarşıya qoyulmuş qaltan daşları və onların baş hissəsində öküz formasında daş büt aşkarlanıb.

AQP brifinqdə qiymətləndiricilərlə bağlı yeni mərhələnin detallarını bölüşüb - Baku TV

AQP brifinqdə qiymətləndiricilərlə bağlı yeni mərhələnin detallarını bölüşüb - Baku TV

Cəmiyyət
25 iyun 2026 413 baxış
Neftçalada DOST filialı fəaliyyətə başlayıb - Baku TV

Neftçalada DOST filialı fəaliyyətə başlayıb - Baku TV

Cəmiyyət
25 iyun 2026 413 baxış
Kontent yaradıcıları “TikTok”da milyonlarla baxış toplamağın sirrini açıqladı

Kontent yaradıcıları “TikTok”da milyonlarla baxış toplamağın sirrini açıqladı

Cəmiyyət
24 iyun 2026 413 baxış
"Bilən də, bilməyən də dindən danışır” | Dinin təbliğində nələr səhv edilir? - AMİN

"Bilən də, bilməyən də dindən danışır” | Dinin təbliğində nələr səhv edilir? - AMİN

Cəmiyyət
24 iyun 2026 413 baxış
Xalq şairi Sabir Rüstəmxanlının 80 illiyinə həsr olunmuş yubiley gecəsi - Baku TV

Xalq şairi Sabir Rüstəmxanlının 80 illiyinə həsr olunmuş yubiley gecəsi - Baku TV

Cəmiyyət
24 iyun 2026 413 baxış
Dəniz sahilində qazılan xəndəklər müzakirələrə səbəb oldu - Baku TV

Dəniz sahilində qazılan xəndəklər müzakirələrə səbəb oldu - Baku TV

Cəmiyyət
24 iyun 2026 413 baxış
"Belə insanlar normal şəkildə sevinə və gülə bilmirlər" | Rusiyalı elm adamı

"Belə insanlar normal şəkildə sevinə və gülə bilmirlər" | Rusiyalı elm adamı

Cəmiyyət
24 iyun 2026 413 baxış
“Deməli, tanışları var” | IX sinif şagirdi niyə oxuyub-yaza bilmir? - Baku TV

“Deməli, tanışları var” | IX sinif şagirdi niyə oxuyub-yaza bilmir? - Baku TV

Cəmiyyət
24 iyun 2026 413 baxış
Bu yolun halını görənlər geriyə qayıdır | “Xəstə anamı 5 nəfərlə qucağımıza alıb apardıq” - Baku TV

Bu yolun halını görənlər geriyə qayıdır | “Xəstə anamı 5 nəfərlə qucağımıza alıb apardıq” - Baku TV

Cəmiyyət
24 iyun 2026 413 baxış
“220 min pul gedib, deyir ki...” | Evə görə vətəndaşın başına oyun açdılar? - Baku TV

“220 min pul gedib, deyir ki...” | Evə görə vətəndaşın başına oyun açdılar? - Baku TV

Cəmiyyət
24 iyun 2026 413 baxış
Seçilmişlər
icon