"Bilən də, bilməyən də dindən danışır” | Dinin təbliğində nələr səhv edilir? - AMİN
“Amin” verilişinin yeni buraxılışında ilahiyyatçı Elvüsal Məmmədovla dinin təbliğatı mövzusu müzakirə olunub.
O, Məhəmməd peyğəmbərin dini insanlara çatdırarkən saatlarla davam edən yorucu moizələrdən istifadə etməyərək situasiyalara uyğun hərəkət etdiyini bildirib:
“Saatlarla danışmaq insanları bezdirir. Dindən danışan şəxs hər şeydən əvvəl Allahın razılığını əsas götürməlidir. Bu haqqa yalnız səmimi olanlar sahibdir. Din möhtəkirliyi və əqidə müfəttişliyi ilə məşğul olmaq heç kimin işi olmamalıdır. Bu gün hər kəsin dindən danışmasına baxmayaraq, cəmiyyət bundan qaçır. Səbəb isə insanların Allahın razılığını əsas götürməmələridir”.
İlahiyyatçı həmçinin dini təbliğ edərkən insanlara xoşbəxtlik bəxş etməyin yollarını tapmağın vacibliyinə toxunub:
“Dini elə formada təbliğ etməliyik ki, onun təsəlliverici və ümidverici tərəfləri önə çıxsın. İnsanlar onlara qulaq asarkən dərdi ilə maraqlandığımızı hiss etməli və verilən məsləhətlərin problemlərini həll etdiyini, itkilərini yüngülləşdirdiyini görməlidirlər. Artıq qəlibləşmiş ifadələrin dövrü bitib. İndi insanların dərdlərinə yönəlmək, onların ağlına və qəlbinə eyni vaxtda müraciət etmək lazımdır”.
#Amin verilişi teqi istifadə olunub
- “Din inkişafdan saxlayır” fikrinə şair Kamal Hüseynzadədən iddialı cavab - AMİN
- "Göbəkləri açıq gəzirlər, gələcək analarımız xəstədir" | Yediyimiz qida düşüncəmizi dəyişir? - AMİN
- İçərişəhərdəki məscidlərin bilmədiyiniz keçmişi | Qədim küçələrdə gizlənən sirlər - AMİN
- “Şükür duyğusu azalanda insan bədbəxt olur” | Niyə maddiyyat insanı xoşbəxt etmir? - AMİN
- “İndi qadınlar analarına oxşamaq istəmir” | İnsanlar niyə Allaha üsyan edir? - AMİN
