Azərbaycanda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib - Baku TV
Azərbaycan ərazisində Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ökə ərazisində nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb. Eyni zamanda avtomobillər siqnal, gəmilər və yerüstü qatarlar isə fit verib.
Qeyd edək ki, sentyabrın 27-si Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə başladılan Vətən müharibəsində canlarından keçən qəhrəman şəhidlərimizin Anım Günüdür.
Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd olunur.
#İkinci Qarabağ müharibəsi teqi istifadə olunub
- Döyüş meydanından Bakıya | Açıq səma altında muzey - Hərbi Qənimətlər Parkı - Baku TV
- Dünyanın hərb tarixinə düşən strategiya | Şuşa zirvəsinin fəthi - Baku TV
- Vətən müharibəsinin ildönümü ilə əlaqədar Hərbi Memorial Məzarlığa ziyarət başlayıb - Baku TV
- ATƏT-in Minsk qrupu və işğalın həll olunmayan düyünü | Qarşıdurmanın müharibəyə çevrilməsi - Baku TV
- 27 Sentyabr - Anım Günü: Böyük Qələbəyə aparan yolun başlanğıcı - Baku TV
