Vətən müharibəsinin ildönümü ilə əlaqədar Hərbi Memorial Məzarlığa ziyarət başlayıb - Baku TV
27 Sentyabr Azərbaycanın Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş igid və qəhrəman övladlarının xatirəsinin Anım Günüdür.
Bu gün şəhidlərin ailə üzvləri, döyüş yoldaşları, dostları və yaxınları onların xatirəsini yad etmək üçün İkinci Fəxri xiyabanda yerləşən Hərbi Memorial Məzarlığa gəlirlər. Şəhidlərin məzarları ziyarət olunur, onların ruhuna dualar oxunur, xatirələri dərin hüzn və böyük qürur hissi ilə yad edilir.
Şəhid anası Yasəmən Məcidova deyib ki, oğlu Teymur 44 günlük Vətən müharibəsinin ilk günündən döyüşlərə qatılıb:
“Teymur 44 günlük müharibənin ilk günündən, sentyabrın 27-dən öz komandası və ordumuzla birlikdə döyüşə qatıldı. Füzuli istiqamətində başladılar. Şuşaya qədər uğurlu, şərəfli bir yol keçdilər. Mənim oğlum müharibənin son günündə, noyabr ayında Şuşa-Laçın yolunda şəhid oldu. Onlar tarix yazdılar. 27 sentyabr, əslində, hüzn günü deyil, Zəfərə gedən yolun ilk günüdür”.
Ehtiyatda olan hərbçi Sevgi Rəsulova isə şəhidlərin xatirəsinin daim uca tutulduğunu bildirib:
“Şəhidlərimiz evdən yox, eldən gedir. Allah bütün şəhidlərimizin məkanını cənnət etsin. 90-cı illərdən bu günə qədər canından keçən bütün şəhidlərimizin məkanı cənnət olsun. Qürur duyuram ki, torpaqlarımız şəhidlərimizin qanı bahasına geri alınıb”.
#İkinci Qarabağ müharibəsi teqi istifadə olunub
- Döyüş meydanından Bakıya | Açıq səma altında muzey - Hərbi Qənimətlər Parkı - Baku TV
- Dünyanın hərb tarixinə düşən strategiya | Şuşa zirvəsinin fəthi - Baku TV
- Azərbaycanda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib - Baku TV
- ATƏT-in Minsk qrupu və işğalın həll olunmayan düyünü | Qarşıdurmanın müharibəyə çevrilməsi - Baku TV
- 27 Sentyabr - Anım Günü: Böyük Qələbəyə aparan yolun başlanğıcı - Baku TV
