Döyüş meydanından Bakıya | Açıq səma altında muzey - Hərbi Qənimətlər Parkı - Baku TV
5 hektarlıq ərazidə yerləşən Hərbi Qənimətlər Parkında 300-dən çox eksponat və 150-yə yaxın ağır texnika nümayiş etdirilir. Ərazidə həmçinin 30 il ərzində qurulmuş müdafiə istehkamlarının nümunələri yaradılıb.
Parkın yaradılması ideyası Vətən müharibəsindən sonra irəli sürülüb. 2020-ci il noyabrın 11-də qənimət götürülmüş və məhv edilmiş hərbi texnikanın gələcəkdə nümayiş etdirilməsi ilə bağlı təşəbbüs irəli sürülüb. Park 2021-ci il aprelin 12-də istifadəyə verilib.
Açıq səma altında yaradılan parkda “T-72” tankları, piyada döyüş maşınları, artilleriya qurğuları, 2S1 “Qvozdika” özüyeriyən artilleriya qurğuları, “Osa” və “Kub” zenit-raket kompleksləri nümayiş etdirilir.
Parkda “İsgəndər-M” raketinin qalıqları da saxlanılır. Tapılan qalıqların “9M723” raketinə aid olduğu müəyyən edilib.
Ərazidə mərmi yeşiklərindən hazırlanmış oturacaqlar, mərmi ərintilərindən işıqlandırma konstruksiyaları və tank mərmisinin qlaflarından hazırlanmış tullantı qabları da yerləşdirilib.
#İkinci Qarabağ müharibəsi teqi istifadə olunub
- Dünyanın hərb tarixinə düşən strategiya | Şuşa zirvəsinin fəthi - Baku TV
- Azərbaycanda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib - Baku TV
- Vətən müharibəsinin ildönümü ilə əlaqədar Hərbi Memorial Məzarlığa ziyarət başlayıb - Baku TV
- ATƏT-in Minsk qrupu və işğalın həll olunmayan düyünü | Qarşıdurmanın müharibəyə çevrilməsi - Baku TV
- 27 Sentyabr - Anım Günü: Böyük Qələbəyə aparan yolun başlanğıcı - Baku TV
