Cəmiyyət
Pleyeri seçin:

Avtomobillərin utilizasiyasında yenilik

27 iyul 2023

Avtomobili utilizasiya edilmiş şəxsə yeni avtomobil üçün güzəşt tətbiq etməyən satıcı cərimələnəcək.

Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərdə öz əksini tapıb.

Qanuna əsasən, nəqliyyat vasitəsini utilizasiyaya verən və bu barədə təsdiqedici sənəd əsasında yeni istehsal olunmuş nəqliyyat vasitəsi almaq istəyən şəxslərə güzəşt etməyən satıcı 4000 manat məbləğində cərimə ediləcək.

Utilizator tərəfindən qanunda nəzərdə tutulan qaydada və müddətdə təsdiqedici sənədin verilməməsinə görə vəzifəli şəxslər 3000, hüquqi şəxslər isə 5000 manat məbləğində cərimə ediləcəklər.

Həmçinin utilizasiya edilmiş nəqliyyat vasitələrindən əldə edilən materialların və əşyaların ehtiyat hissələrinin emalı və satışı ilə məşğul olan sahibkarlıq subyektlərinə satılması barədə utilizator tərəfindən qanunda nəzərdə tutulan qaydada və müddətdə yazılı məlumatın verilməməsinə görə vəzifəli şəxslər 300, hüquqi şəxslər 600 manat məbləğində cərimə olunacaqlar.

Qanun eyni zamanda utilizator tərəfindən “Tullantılar haqqında” qanunda nəzərdə tutulan qaydada verilən təsdiqedici sənədlərlə bağlı yazılı məlumatın nəqliyyat vasitələrinin utilizasiyası üzrə operatora vaxtında verilməməsinə görə vəzifəli şəxslərin 700 manat, hüquqi şəxslərin isə 1500 manat məbləğində cərimə olunmasını nəzərdə tutur.

Bu qanun 2024-cü ilin sentyabrın 1-də qüvvəyə minəcək.

Utilizasiyaya verilən avtomobilə görə güzəşt məbləği və birdəfəlik ödənişin həcmi də müəyyənləşdiriləcək. Nazirlər Kabineti 3 ay müddətinə utilizasiya haqqının məbləğini, güzəşt məbləğini və birdəfəlik ödənişin həcmini təsdiqləyəcək.

Qarışqaların evə haradan və niyə girdiklərini öyrənməyin yolu tapıldı

Qarışqaların evə haradan və niyə girdiklərini öyrənməyin yolu tapıldı

Cəmiyyət
23 noyabr 2024
COP29 zolaqları bu tarixdən qüvvədən düşəcək | Sürücülərin diqqətinə

COP29 zolaqları bu tarixdən qüvvədən düşəcək | Sürücülərin diqqətinə

Cəmiyyət
23 noyabr 2024
Xaçmazda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirildi

Xaçmazda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirildi

Cəmiyyət
23 noyabr 2024
Erkən doğuşa, xəstəliklərə səbəb olan problem | Hamiləlik hansı halda sonlandırılır? - BAKU MED

Erkən doğuşa, xəstəliklərə səbəb olan problem | Hamiləlik hansı halda sonlandırılır? - BAKU MED

Cəmiyyət
23 noyabr 2024
Kimlərə naringi yemək olmaz? | Bu meyvəni elə seçmək lazımdır ki...

Kimlərə naringi yemək olmaz? | Bu meyvəni elə seçmək lazımdır ki...

Cəmiyyət
23 noyabr 2024
Göygöldə əsrlərdir yaşadılan sənət | Usta işin sirlərini açdı

Göygöldə əsrlərdir yaşadılan sənət | Usta işin sirlərini açdı

Cəmiyyət
23 noyabr 2024
Hansı hallarda çay və qəhvə içmək olmaz? | Alimlərdən açıqlama

Hansı hallarda çay və qəhvə içmək olmaz? | Alimlərdən açıqlama

Cəmiyyət
23 noyabr 2024
Çətin relyefli ərazilərdə xidmət necə aparılır?

Çətin relyefli ərazilərdə xidmət necə aparılır?

Cəmiyyət
23 noyabr 2024
Hərbi ekspert Azərbaycana qaytarılan kəndlərdən danışdı

Hərbi ekspert Azərbaycana qaytarılan kəndlərdən danışdı

Cəmiyyət
23 noyabr 2024
Aldığı məhsul müştərini çaşbaş qoydu

Aldığı məhsul müştərini çaşbaş qoydu

Cəmiyyət
23 noyabr 2024
Seçilmişlər
icon