Cəmiyyət
Pleyeri seçin:

Sərnişinlərdən niyə əlavə ödəniş tutuldu? | Xırdalan stansiyasındakı hadisə barədə açıqlama

27 sentyabr 2024

27 sentyabr səhər saatlarında Abşeron dairəvi marşrutu üzrə proqram təminatında texniki nasazlıq yaranıb.

Turniket, kassa, köşklər, balans artırma aparatlarının işində fasilələr səbəbindən sərnişinlər buraxılıb, lakin ödənişi Bakıda qatardan düşərkən ediblər.

Bu zaman isə sərnişinlərin balanslarından gediş haqqı olaraq 80 qəpik əvəzinə, 1 manat 20 qəpik, yəni 40 qəpik əlavə ödəniş çıxılıb.

Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən bildirilib ki, yaranan texniki nasazlıq tez bir zamanda aradan qaldırılıb, hazırda sistem normal rejimdə çalışır:

“Texniki problem səbəbindən ödənişlə bağlı hər hansı problemlər yarandığı təqdirdə sərnişinlər 1822 Əlaqə Mərkəzinə müraciət edə, müvafiq məlumatları araşdırma üçün təqdim edə bilərlər. Əlavə ödənişlə bağlı faktlar təsdiqini tapdıqda vəsait gün ərzində sərnişinin hesabına geri qaytarılır”.

Nəqliyyat eksperti Samuran Səmədbəylinin sözlərinə görə, ödəmə terminallarında baş verən problemlə əlaqədar heç bir formada ödəniş etmək mümkün deyilsə, o zaman sərnişinlərin daşınması həyata keçirilməli və bu ödənişlər şirkət tərəfindən qarşılanmalıdır:

“Buna görə sərnişinlərin kartından sonradan hər hansı bir məbləğin tutulması düzgün hesab olunmur, çünki həmin anda bu xidmətdən istifadə edən sərnişinlərin müəyyən edilməsi qeyri-mümkündür. Sonradan sərnişinlərin kartından müəyyən məbləğin tutulması nə qanuni, nə də hüquqi müstəvidə öz əksini tapmayıb”. 

Pul qazanmaq istədilər, evlərindən, qızıllarından oldular | “Tost” piramidası çökdü

Pul qazanmaq istədilər, evlərindən, qızıllarından oldular | “Tost” piramidası çökdü

Cəmiyyət
27 sentyabr 2024
Milli Qəhrəmanın həyat yoldaşı danışdı | Laçınlılar şəhidlərin xatirəsini doğma yurdda yad etdi

Milli Qəhrəmanın həyat yoldaşı danışdı | Laçınlılar şəhidlərin xatirəsini doğma yurdda yad etdi

Cəmiyyət
27 sentyabr 2024
Artıq bir qarış torpağımız da işğalda deyil! - Xalqımız şəhidləri yad etdi

Artıq bir qarış torpağımız da işğalda deyil! - Xalqımız şəhidləri yad etdi

Cəmiyyət
27 sentyabr 2024
Şəhid ailələri Şuşada İsa bulağında | Anım Günü burada olmaq bizə yaxşı təsir edir

Şəhid ailələri Şuşada İsa bulağında | Anım Günü burada olmaq bizə yaxşı təsir edir

Cəmiyyət
27 sentyabr 2024
Xalq şəhidlərini unutmadı | İkinci Fəxri xiyaban və Zəfər parkından görüntülər

Xalq şəhidlərini unutmadı | İkinci Fəxri xiyaban və Zəfər parkından görüntülər

Cəmiyyət
27 sentyabr 2024
Xaçmaz RİH başçısı şəhid ailələri və qazilərlə görüşdü

Xaçmaz RİH başçısı şəhid ailələri və qazilərlə görüşdü

Cəmiyyət
27 sentyabr 2024
Ermənilər məhz bu postdan hücuma keçirdilər | Doğma yurda qayıdan füzulililər şəhidləri andı

Ermənilər məhz bu postdan hücuma keçirdilər | Doğma yurda qayıdan füzulililər şəhidləri andı

Cəmiyyət
27 sentyabr 2024
Bu binada uzun illər Azərbaycana qarşı məkrli planlar hazırlanıb | Xankəndi

Bu binada uzun illər Azərbaycana qarşı məkrli planlar hazırlanıb | Xankəndi

Cəmiyyət
27 sentyabr 2024
İnsanlar Anım Günü ilə bağlı İkinci Fəxri xiyabanı ziyarət edir

İnsanlar Anım Günü ilə bağlı İkinci Fəxri xiyabanı ziyarət edir

Cəmiyyət
27 sentyabr 2024
Xətaidə baş verən güclü yanğın tam söndürüldü | FHN-dən görüntülər

Xətaidə baş verən güclü yanğın tam söndürüldü | FHN-dən görüntülər

Cəmiyyət
27 sentyabr 2024
Seçilmişlər
icon