Pleyeri seçin:

Qanunsuz tikinti işləri aparanların nəzərinə | Torpaq məcəlləsində mühüm dəyişiklik

21 noyabr 2024 1130 baxış

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti bir sıra rayonlarda bələdiyyələrə məxsus müxtəlif təyinatlı torpaq sahələrini hərrac yolu ilə satışa çıxarır.

Torpaq sahələrinin satışı kənd təsərrüfatı məhsullarının istehsalı, heyvandarlıq, fərdi yaşayış evinin tikintisi və sahibkarlıq fəaliyyətinin göstərilməsi kimi kateqoriyalar əsasında həyata keçiriləcək.

Qanunvericiliyə əsasən, torpaqların təyinatına uyğun istifadəsi vacib məsələlərdəndir. Yəni əkin-biçin üçün nəzərdə tutulan torpaqda fərdi ev və ya hər hansı obyekt tikmək, ərazini hasara almaq yolverilməzdir. Təəssüf ki, bəzən istifadəçilərin kifayət qədər məlumatlı olmaması səbəbindən, bəzən də bilərəkdən qanunvericiliyin bu tələbi kobud şəkildə pozulur.

Nəticədə həm torpağın səmərəliliyi və münbitliyinə ziyan vurulur, həm də mülkiyyətçinin qanunsuz tikdiyi ev və ya obyekt sökülməli olur. Lakin Torpaq Məcəlləsinə yeni edilən dəyişiklik təsərrüfat təyinatlı ərazilərdə tikinti işlərinin aparılmasını tam məhdudlaşdırmır.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, qanuna əsasən, artıq bələdiyyələr və ya digər qurumlar tərəfindən satılan torpaqlarda, xüsusən kənd təsərrüfatı təyinatlı torpaqlarda tikinti işləri aparmaq olar:

“Həmin torpağın ümumi sahəsi 3 hektardan artıq olmalıdır və ərazinin ümumi sahəsinin maksimum 5 faizə qədərində tikinti işləri aparıla bilər. Fərdi yaşayış evi, inzibati bina, hotel və digər iaşə obyektləri bu şərtlər altında kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilə bilər”.

Qeyd olunan tələbləri pozan, qanunvericiliyə uyğun olmayan tikinti işləri həyata keçirən şəxslər İnzibati Xətalar Məcəlləsinin 247-ci maddəsinə görə, 500 manatdan 5000 manatadək cərimə edilir. Hətta qanun pozuntusunun ciddiliyindən asılı olaraq Cinayət Məcəlləsinin 188-ci maddəsinə görə, 3 ildən 5 ilədək azadlığın məhdudlaşdırılması və ya 2 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq oluna bilər. 

Banner
"Sevdiyim qızın boyu 1,25 metr idi, məndən ötrü ağlayırdı" | "Hündürboylu olmaq istəmirəm"

"Sevdiyim qızın boyu 1,25 metr idi, məndən ötrü ağlayırdı" | "Hündürboylu olmaq istəmirəm"

Cəmiyyət
27 oktyabr 2026 1130 baxış
Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu durmadan artır

Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu durmadan artır

Cəmiyyət
27 oktyabr 2026 1130 baxış
Bakıdan dünyaya birlik mesajları | Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu artır - Baku TV

Bakıdan dünyaya birlik mesajları | Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu artır - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 1130 baxış
İşə müraciət edərkən FİN kod niyə lazımdır? | Vəkil məsələyə aydınlıq gətirdi - Baku TV

İşə müraciət edərkən FİN kod niyə lazımdır? | Vəkil məsələyə aydınlıq gətirdi - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 1130 baxış
"Ay qardaş, başa düşün!" | "Makler evləri" alanlar təhlükədə | "Fəhləni usta kimi işlədirlər ki..."

"Ay qardaş, başa düşün!" | "Makler evləri" alanlar təhlükədə | "Fəhləni usta kimi işlədirlər ki..."

Cəmiyyət
27 oktyabr 2026 1130 baxış
Nağd pul, 9 litr su və ərzaq ehtiyatı: böyük kiberhücuma hazırlıq üçün vacib tələb - AKTUAL GÜNDƏM

Nağd pul, 9 litr su və ərzaq ehtiyatı: böyük kiberhücuma hazırlıq üçün vacib tələb - AKTUAL GÜNDƏM

Cəmiyyət
27 oktyabr 2026 1130 baxış
Koreya istehsalı məhsul necə saxta çıxdı? | Mağaza nümayəndəsi vətəndaşın iddiasına nə cavab verdi?

Koreya istehsalı məhsul necə saxta çıxdı? | Mağaza nümayəndəsi vətəndaşın iddiasına nə cavab verdi?

Cəmiyyət
27 oktyabr 2026 1130 baxış
Xəbərdarlıq | Ucuz ev almaq istəyənləri hansı risklər gözləyir? - Baku TV CANLI

Xəbərdarlıq | Ucuz ev almaq istəyənləri hansı risklər gözləyir? - Baku TV CANLI

Cəmiyyət
27 oktyabr 2026 1130 baxış
"Report" İnformasiya Agentliyinin 12 yaşı tamam olur - Baku TV

"Report" İnformasiya Agentliyinin 12 yaşı tamam olur - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 1130 baxış
Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür - Baku TV

Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 1130 baxış
Seçilmişlər
icon