Cəmiyyət
Pleyeri seçin:

Ayağımı 2 gün morqda saxladılar ki... | Ər fiziki məhdudiyyətli arvadını niyə atdı? - ARZUNUN VAXTI

24 dekabr 2024

“Arzunun vaxtı” verilişinin yeni buraxılışı yayımlanıb.

Verilişin budəfəki sayının qəhrəmanı fiziki məhdudiyyətli xanım Jalə Qasımova olub.

O, çəkdiyi əziyyətlərdən, həyat yoldaşı ilə olan problemlərindən bəhs edib:

“Həyat yoldaşım ilə sevib evlənmişik. Amma artıq bildim ki, heç kimə güvənmək olmaz. Sevgi insanın gözünü bağlayır. Dörd dəfə əməliyyat olunmuşam, çox çətinliklər gördüm. Heç nə məni yoldaşımın tərk etməyi qədər yıxmadı”.

J.Qasımova əməliyyat olunmazdan bir gün əvvəl ərinin ona xəyanət etdiyini öyrəndiyini deyib:

“Əməliyyat olunmaq üçün İrana getmişdik. Axşam stresdən yata bilmirdim. Birdən gördüm ki, yoldaşımın telefonuna sevgilisindən mesaj gəldi. Bunu ona deyəndə məni İranda qoyub getmək istədi. Əməliyyatdan sonra yoldaşımla danışmağa yenə davam etdim, çünki onun dərdindən ölürdüm.

Həkim dedi ki, bir ay sonra təkrar gəlməlisiniz. Ərimə müdiri və iş yoldaşları mənim müalicəm üçün pul vermişdilər. Sonra bir gün sosial şəbəkədə gördüm ki, ərim iş yoldaşlarının mənim müalicəm üçün verdiyi pulu sevgilisi ilə istirahətdə xərcləyib. Səbəbini soruşanda o, mübahisə edərək məni qoyub getdi”.

Vaxtında həkimə getmədiyi üçün ayağının amputasiya olunduğunu deyən J.Qasımova bildirib ki, hər kəs onun öləcəyini düşünürdü:

“Bu səbəbdən ayağımı iki gün morqda saxlamışdılar ki, ölsəm məni onunla birlikdə basdırsınlar. Həmin dövrdə ən böyük köməkliyi yoldaşımdan gözləyirdim, amma məni qoyub getdi. İki yaş on aylıq uşağımla evdə tək qaldım, öz istəyi ilə də boşandıq. Sonra təkrar yanıma qayıtdı, bağışladım, yenidən evləndik. Bu, həyatımdakı ən böyük səhvim oldu”.

AZAL-dan təcili qərar | Təyyarə qəzası ilə bağlı hansı addım atıldı?

AZAL-dan təcili qərar | Təyyarə qəzası ilə bağlı hansı addım atıldı?

Cəmiyyət
25 dekabr 2024
Qazaxıstanda AZAL təyyarəsinin qəzasında yaralananlarla bağlı nümunəvi addım

Qazaxıstanda AZAL təyyarəsinin qəzasında yaralananlarla bağlı nümunəvi addım

Cəmiyyət
25 dekabr 2024
AZAL təyyarəsinin düşdüyü qəzadan sonra hava limanındakı yolka sökülür

AZAL təyyarəsinin düşdüyü qəzadan sonra hava limanındakı yolka sökülür

Cəmiyyət
25 dekabr 2024
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin brifinqi

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin brifinqi

Cəmiyyət
25 dekabr 2024
Cəbrayılın hər şeyi üçün darıxmışdıq | Yurd həsrəti bitən cəbrayıllılar təəssüratlarını bölüşdü

Cəbrayılın hər şeyi üçün darıxmışdıq | Yurd həsrəti bitən cəbrayıllılar təəssüratlarını bölüşdü

Cəmiyyət
25 dekabr 2024
İdmançı görünüşü üçün qulaq qırdırmaq dəbi | Həkim yaranacaq təhlükədən danışdı

İdmançı görünüşü üçün qulaq qırdırmaq dəbi | Həkim yaranacaq təhlükədən danışdı

Cəmiyyət
25 dekabr 2024
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salındı

Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salındı

Cəmiyyət
25 dekabr 2024
Xurmanın vitaminlərini qorumaq üçün nələr etməliyik? | Mütəxəssislərdən vacib tövsiyə

Xurmanın vitaminlərini qorumaq üçün nələr etməliyik? | Mütəxəssislərdən vacib tövsiyə

Cəmiyyət
25 dekabr 2024
Yeni il ərəfəsində Bakıda maraqlı layihə | Uşaqların əylənməsi üçün çox gözəl ideyadır

Yeni il ərəfəsində Bakıda maraqlı layihə | Uşaqların əylənməsi üçün çox gözəl ideyadır

Cəmiyyət
25 dekabr 2024
"Çörək yemədən doymuram" deyənlərə alternativ yollar | Türkiyəli həkimdən faydalı məsləhət

"Çörək yemədən doymuram" deyənlərə alternativ yollar | Türkiyəli həkimdən faydalı məsləhət

Cəmiyyət
25 dekabr 2024
Seçilmişlər
icon