Pleyeri seçin:

AZAL təyyarəsində qəza anında nələr yaşandı? | Son Uçuş sənədli film

01 aprel 2025 502 baxış

Baku TV "J2-8243: Son uçuş" adlı sənədli filmi təqdim edir.

Filmdə 25 dekabr 2024-cü il tarixində "J2-8243" nömrəli Bakı-Qroznı reysini həyata keçirən təyyarənin Aktauda qəzaya uğraması nəticəsində həlak olanların, sağ qalanların və onlara yardım edənlərin hekayəsindən bəhs olunub.

Təyyarədə oğlu ilə birlikdə olan sərnişin Tofiq Dərvişov hadisə anından danışıb:

“Təyyarənin eniş xəbəri verildikdən sonra anidən yüksəldi və iki dəfə ard-arda partlayış səsi gəldi. Sonumuzun çatdığını düşündüm. Təyyarənin motor hissəsində qopan parçanı görəndə dedim ki, bizi vurdular.

Hər kəs təşvişə düşmüşdü, bələdçilər bizi sakitləşdirməyə çalışırdılar. Bir saatdan çox təyyarə havada dövrə vurdu. Pəncərədən baxanda dənizin üzərində olduğumuzu gördüm. Əgər təyyarə suya eniş etsəydi, heç birimiz sağ qala bilməyəcəkdik”.

Sağ qalan digər sərnişin Subxonkul Rəhimov qəzada həlak olan baş bələdçi Hökumə Əliyevanın qəhrəmanlığından danışarkən bütün yükün onun üzərində olduğunu söyləyib:

“Bu, hamı üçün çox çətin bir an idi. Ən böyük yük stüardessanın üzərində idi. Təyyarədə olan 62 sərnişin ‒ uşaqlar, yaşlılar, qadınlar ona ümidlə baxırdılar. Onun işi sərnişinləri sakitləşdirmək idi. Bu, çox böyük psixi yükdür. O, həqiqətən də qəhrəmandır”.

Qeyd edək ki, filmin məqsədi yaşanan faciəni və insanların cəsarətini əks etdirərək həyatdan köçənlərin unudulmaması adına bir xatirə saxlamaqdır.

Mərkəzdə hərəkət məhdudlaşdırılır | DYP-dən Formula-1 ilə bağlı sürücülərə müraciət - Baku TV

Mərkəzdə hərəkət məhdudlaşdırılır | DYP-dən Formula-1 ilə bağlı sürücülərə müraciət - Baku TV

Cəmiyyət
18 sentyabr 2026 502 baxış
Sürücülərin nəzərinə | Yola çıxan zaman bunları mütləq nəzərə alın - Baku TV CANLI

Sürücülərin nəzərinə | Yola çıxan zaman bunları mütləq nəzərə alın - Baku TV CANLI

Cəmiyyət
18 sentyabr 2026 502 baxış
Paytaxtda nəqliyyatın sıxlığı sərnişinlərin kabusuna çevrilib - Baku TV CANLI

Paytaxtda nəqliyyatın sıxlığı sərnişinlərin kabusuna çevrilib - Baku TV CANLI

Cəmiyyət
18 sentyabr 2026 502 baxış
"TikTok"da tanıdım, hamilə qaldım, pul aldı" | Özbəkistanlı qadın Azərbaycanda aldadılıb? - Baku TV

"TikTok"da tanıdım, hamilə qaldım, pul aldı" | Özbəkistanlı qadın Azərbaycanda aldadılıb? - Baku TV

Cəmiyyət
18 sentyabr 2026 502 baxış
Təbriz küçəsində mübahisəli dəyişiklik | Səkiyə yer tapıldı, avtomobillərə yox? - NECƏ OLMALIDIR?

Təbriz küçəsində mübahisəli dəyişiklik | Səkiyə yer tapıldı, avtomobillərə yox? - NECƏ OLMALIDIR?

Cəmiyyət
18 sentyabr 2026 502 baxış
"Hər gün davadır" | "Şamaxinka"da izdiham | "Dünən bundan da betər idi" - Baku TV

"Hər gün davadır" | "Şamaxinka"da izdiham | "Dünən bundan da betər idi" - Baku TV

Cəmiyyət
18 sentyabr 2026 502 baxış
Bu əlamətdar gün dahi bəstəkar Üzeyir Hacıbəylinin adı ilə bağlıdır - Baku TV

Bu əlamətdar gün dahi bəstəkar Üzeyir Hacıbəylinin adı ilə bağlıdır - Baku TV

Cəmiyyət
18 sentyabr 2026 502 baxış
Bakıda mədəni və dini irsin mühafizəsinə həsr olunmuş konfrans keçirilib - Baku TV

Bakıda mədəni və dini irsin mühafizəsinə həsr olunmuş konfrans keçirilib - Baku TV

Cəmiyyət
18 sentyabr 2026 502 baxış
"Göbəkləri açıq gəzirlər, gələcək analarımız xəstədir" | Yediyimiz qida düşüncəmizi dəyişir? - AMİN

"Göbəkləri açıq gəzirlər, gələcək analarımız xəstədir" | Yediyimiz qida düşüncəmizi dəyişir? - AMİN

Cəmiyyət
17 sentyabr 2026 502 baxış
“Ağlı başında olan fikirləşər ki...” | Bir anda varlanmaq istəyənlər necə tələyə düşür? - Baku TV

“Ağlı başında olan fikirləşər ki...” | Bir anda varlanmaq istəyənlər necə tələyə düşür? - Baku TV

Cəmiyyət
17 sentyabr 2026 502 baxış
Seçilmişlər
icon