Pleyeri seçin:

Azərbaycan Prodüserlər Gildiyası FIAPF-yə üzv qəbul edilib - Baku TV

12 dekabr 2025 13 baxış

Azərbaycanın kino sənayesi üçün mühüm hadisə baş verib.

Belə ki, Azərbaycan Prodüserlər Gildiyası rəsmi olaraq dünyanın ən nüfuzlu kino təşkilatlarından biri olan Beynəlxalq Kino Prodüserləri Assosiasiyaları Federasiyasına tamhüquqlu üzv qəbul edilib.

Üzvlük 2026-cı il yanvarın 1-dən rəsmi şəkildə aktiv olacaq.

"Azərbaycan Prodüserlər Gildiyasının sözügedən təşkilata qoşulması, Azərbaycan kinosunun beynəlxalq səviyyədə tanınması və mövqeyinin güclənməsi istiqamətində atılan strateji bir addımdır". Bu barədə Gildiyanın sədri Müşfiq Hətəmov məlumat verib.

"Beynəlxalq Kino Prodüserləri Assosiasiyaları Federasiyasına üzvlük Azərbaycan prodüserlərinin işini beynəlxalq standartlara uyğunlaşdırmaq və onları qlobal kino bazarına inteqrasiya etmək üçün geniş imkanlar açır. Bu həm prodüserlərin hüquqlarının daha etibarlı qorunması, həm də yerli kino layihələrinə xarici investisiyaların cəlb edilməsi, beynəlxalq koprodüksiya layihələrində iştirakın artırılması baxımından tarixi əhəmiyyətə malikdir. Azərbaycan kinosu artıq dünyanın aparıcı kino ölkələri ilə bir platformada təmsil olunur", – deyə M.Hətəmov bildirib.

Onun sözlərinə görə, Azərbaycan Prodüserlər Gildiyası bu yeni statusdan istifadə edərək fəaliyyətini müəllif, prodüser hüquqları və kino istehsalı ilə bağlı beynəlxalq qanunvericilik sahəsində təkmilləşdirməyə, beynəlxalq şəbəkə vasitəsilə Azərbaycan kinosunu xarici prodüserlərə, distribütorlara və investorlara daha fəal şəkildə tanıtmağı planlaşdırır.

Heydər Əliyevlə cəbhə xəttində görüşən Sabir Məmmədov göz yaşlarını saxlaya bilmədi - Baku TV

Heydər Əliyevlə cəbhə xəttində görüşən Sabir Məmmədov göz yaşlarını saxlaya bilmədi - Baku TV

Cəmiyyət
12 dekabr 2025 13 baxış
“Ulu Öndərlə görüşümüz sanki dünən olub” | Heydər Əliyev xatirəsini əbədiləşdirən Zaqatala sakini

“Ulu Öndərlə görüşümüz sanki dünən olub” | Heydər Əliyev xatirəsini əbədiləşdirən Zaqatala sakini

Cəmiyyət
12 dekabr 2025 13 baxış
Şəkilə baxıb 3500 manat maaş təyin edilir? | "Həm üz, həm də bədən düşməlidir" - Baku TV

Şəkilə baxıb 3500 manat maaş təyin edilir? | "Həm üz, həm də bədən düşməlidir" - Baku TV

Cəmiyyət
12 dekabr 2025 13 baxış
Terror törətməyə cəhd edən Karen Avanesyanın cinayət işi məhkəmə baxışına verilib - Baku TV

Terror törətməyə cəhd edən Karen Avanesyanın cinayət işi məhkəmə baxışına verilib - Baku TV

Cəmiyyət
12 dekabr 2025 13 baxış
Səbailin bitmək bilməyən yol problemi | Sakinlərin şikayətinə niyə baxılmır? - Baku TV

Səbailin bitmək bilməyən yol problemi | Sakinlərin şikayətinə niyə baxılmır? - Baku TV

Cəmiyyət
12 dekabr 2025 13 baxış
Arzuları yarımçıq qalan 24 yaşlı Əvəz Cəfərovun doğmaları fəryad edir - Baku TV

Arzuları yarımçıq qalan 24 yaşlı Əvəz Cəfərovun doğmaları fəryad edir - Baku TV

Cəmiyyət
11 dekabr 2025 13 baxış
29 ailə doğma yurduna qayıtdı

29 ailə doğma yurduna qayıtdı

Cəmiyyət
11 dekabr 2025 13 baxış
“Mənim şəkillərimi söyüşlə paylaşıb” | Ayrıldığı ərindən Gülşənlə bağlı şok sözlər - ARZUNUN VAXTI

“Mənim şəkillərimi söyüşlə paylaşıb” | Ayrıldığı ərindən Gülşənlə bağlı şok sözlər - ARZUNUN VAXTI

Cəmiyyət
11 dekabr 2025 13 baxış
Azad Mirzəcanzadə inkişaf proqramı tərəfindən dəstəklənən tədbir - Baku TV

Azad Mirzəcanzadə inkişaf proqramı tərəfindən dəstəklənən tədbir - Baku TV

Cəmiyyət
11 dekabr 2025 13 baxış
“Maşınlar, avtobuslar bu yolda batır” | Sumqayıtda sakinlər çıxılmaz durumda

“Maşınlar, avtobuslar bu yolda batır” | Sumqayıtda sakinlər çıxılmaz durumda

Cəmiyyət
11 dekabr 2025 13 baxış
Seçilmişlər
icon