Pleyeri seçin:

Terror törətməyə cəhd edən Karen Avanesyanın cinayət işi məhkəmə baxışına verilib - Baku TV

12 dekabr 2025 428 baxış

Xankəndidə terrorçuluq və digər xüsusilə ağır cinayətlər törətməkdə təqsirlədirilən Karen Avanesyan barədə cinayət işi üzrə məhkəmə başlayıb.

Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim İlkin İbişovun sədrliyi ilə keçirilən ilk iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

K.Avanesyan qanuna uyğun olaraq tərcüməçi və vəkillə təmin olunub, ona hüquq və vəzifələri elan edilib. Daha sonra tərəflərin razılığı ilə iş məhkəmə baxışına verilib.

Qeyd edək ki, bu il sentyabrın 14-də Azərbaycanın Xankəndi şəhəri ərazisində odlu silah və döyüş sursatlarından atəş açılmaqla partlayışla nəticələnən terrorçuluq edilməsi, habelə terrorçuluqla əlaqədar ikidən çox polis əməkdaşının qəsdən öldürülməsinə cəhd və digər faktlar üzrə Baş Prokurorluğun İstintaq İdarəsində cinayət işi başlanılıb. Xankəndi şəhərinin 1967-ci il təvəllüdlü erməniəsilli sakini Karen Avanesyanın bir sıra xüsusilə ağır cinayətlər törətməsinə əsaslı şübhələr müəyyənləşib.

Cinayət işi üzrə toplanmış sübutlar əsasında Karen Avanesyan Cinayət Məcəlləsinin 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11 (xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar ümumi təhlükəli üsulla iki və daha çox şəxsi terrorçuluqla əlaqədar qəsdən öldürməyə cəhd), 214.2.3 (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə ilə terrorçuluq törədildikdə), 228.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını əldə etmə, saxlama və daşıma) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və zor tətbiq etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

Karen Avanesyan barəsində ibtidai istintaq orqanının vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Xankəndi Şəhər Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

AZAL-ın donanmasına əlavə olunan yeni "Airbus A320neo" təyyarəsinin hansı özəllikləri var? - Baku TV

AZAL-ın donanmasına əlavə olunan yeni "Airbus A320neo" təyyarəsinin hansı özəllikləri var? - Baku TV

Cəmiyyət
22 iyun 2026 428 baxış
Bir sıra çimərliklərdən istifadəyə məhdudiyyət qoyuldu - ANA XƏBƏR

Bir sıra çimərliklərdən istifadəyə məhdudiyyət qoyuldu - ANA XƏBƏR

Cəmiyyət
22 iyun 2026 428 baxış
“Kefsiz olanda bahalı maşınlarıma baxıram” | Şükran Soltanov hansı məşhur ifaçının mühafizəçisi idi?

“Kefsiz olanda bahalı maşınlarıma baxıram” | Şükran Soltanov hansı məşhur ifaçının mühafizəçisi idi?

Cəmiyyət
22 iyun 2026 428 baxış
Azərbaycan İlahiyyat İnstitutunda “Məzun günü” keçirilib - Baku TV

Azərbaycan İlahiyyat İnstitutunda “Məzun günü” keçirilib - Baku TV

Cəmiyyət
22 iyun 2026 428 baxış
“13 ildən sonra əsgərliyə yaradı?!” - Ürəyində problem olan şəxs hərbi xidmətə çağırılıb? - Baku TV

“13 ildən sonra əsgərliyə yaradı?!” - Ürəyində problem olan şəxs hərbi xidmətə çağırılıb? - Baku TV

Cəmiyyət
22 iyun 2026 428 baxış
Çimərliklərə getmək istəyənlərə Səhiyyə Nazirliyindən xəbərdarlıq - Baku TV

Çimərliklərə getmək istəyənlərə Səhiyyə Nazirliyindən xəbərdarlıq - Baku TV

Cəmiyyət
22 iyun 2026 428 baxış
"Sürətlə gəlirik, anidən çıxır qabağımıza" | Mərkəzi küçədə dəhşətli mənzərə - Baku TV

"Sürətlə gəlirik, anidən çıxır qabağımıza" | Mərkəzi küçədə dəhşətli mənzərə - Baku TV

Cəmiyyət
22 iyun 2026 428 baxış
FHN-dən çimərliklərdə təhlükəsizliklə bağlı əhaliyə müraciət - Baku TV CANLI

FHN-dən çimərliklərdə təhlükəsizliklə bağlı əhaliyə müraciət - Baku TV CANLI

Cəmiyyət
22 iyun 2026 428 baxış
"Yumurta tapa bilirəm ki, alım?" | Qiyməti 1 qəpiyə düşdü, amma tapılmır - Baku TV

"Yumurta tapa bilirəm ki, alım?" | Qiyməti 1 qəpiyə düşdü, amma tapılmır - Baku TV

Cəmiyyət
22 iyun 2026 428 baxış
Həftənin ilk gününün havası | Qurumdan açıqlama - Baku TV

Həftənin ilk gününün havası | Qurumdan açıqlama - Baku TV

Cəmiyyət
21 iyun 2026 428 baxış
Seçilmişlər
icon