Pleyeri seçin:

Təqsirləndirilən erməniyə məhkəmədə ittiham oxundu - Baku TV

16 dekabr 2025 419 baxış

Xankəndidə terrorçuluq və digər xüsusilə ağır cinayətlər törətməkdə təqsirləndirilən Karen Avanesyanın cinayət işi üzrə məhkəmə baxışı keçirilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Natiq Əliyevin sədrliyi ilə keçirilən prosesdə Avanesyan tərcüməçi və vəkillə təmin olunsa da, o, iclas zamanı fikirlərini Azərbaycan dilində sərbəst ifadə edib.

Prosesin ilkin mərhələsində prokuror təqsirləndirilən erməniyə ittiham aktını elan edib.

Qeyd edək ki, hadisə 2025-ci il sentyabrın 14-də Xankəndi şəhərində baş verib. Şəhərin erməniəsilli sakini, 58 yaşlı Karen Avanesyan odlu silah və döyüş sursatlarından atəş açmaqla partlayışla nəticələnən terrorçuluq törətmək və ikidən çox polis əməkdaşının qəsdən öldürülməsinə cəhd etməkdə təqsirləndirilir.

İstintaq tədbirləri ilə müəyyən edilib ki, Karen Avanesyan qeyd olunan cinayət əməllərini törətmək məqsədilə Xankəndi şəhərinin ərazisində 2023-cü ilin sentyabr ayına kimi fəaliyyət göstərmiş qanunsuz silahlı birləşmələrdən qalmış odlu silah – “AKMS” markalı avtomat silahı, onun komplekt hissələrini, habelə çox sayda əl qumbaralarını əldə edib gizlədərək uzun müddət saxlayıb, 2025-ci il sentyabrın 14-də saat 07:00 radələrində isə onları atəşə hazır vəziyyətə gətirib, saat 09:00 radələrində yaşayış olmayan evə girib mövqe tutmaqla avtomat silahdan ona yaxınlaşan polis əməkdaşlarına çoxsaylı atəş açıb, ardınca isə əl qumbaralarını polis əməkdaşlarının olduqları yerə ataraq partladıb. Nəticədə 3 nəfər polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb, zəruri tibbi yardımlar sayəsində onların həyatları xilas edilib.

Cinayət işi üzrə toplanmış sübutlar əsasında Karen Avanesyan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub, barəsində ibtidai istintaq orqanının vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Xankəndi Şəhər Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Sürücülərin nəzərinə | Paytaxtda daha üç küçədə təmir başlandı - Baku TV

Sürücülərin nəzərinə | Paytaxtda daha üç küçədə təmir başlandı - Baku TV

Cəmiyyət
06 avqust 2026 419 baxış
Bakı–Tbilisi qatarı ilə səyahət edənlərin nəzərinə | Sərnişinlər üçün böyük güzəşt - Baku TV CANLI

Bakı–Tbilisi qatarı ilə səyahət edənlərin nəzərinə | Sərnişinlər üçün böyük güzəşt - Baku TV CANLI

Cəmiyyət
06 avqust 2026 419 baxış
"Səhnəyə döyüşçü kimi çıxıram" | Xalq artisti Fidan Hacıyevanın taleyini dəyişdirən obraz hansı idi?

"Səhnəyə döyüşçü kimi çıxıram" | Xalq artisti Fidan Hacıyevanın taleyini dəyişdirən obraz hansı idi?

Cəmiyyət
06 avqust 2026 419 baxış
Çökmüş yol, dərin çuxurlar | Biləcəridə qəza riski yaradan yol - Baku TV

Çökmüş yol, dərin çuxurlar | Biləcəridə qəza riski yaradan yol - Baku TV

Cəmiyyət
06 avqust 2026 419 baxış
Belə işlətmək olmaz | Poverbankla bağlı xəbərdarlıq | Hansı hallarda təhlükəlidir? - Baku TV

Belə işlətmək olmaz | Poverbankla bağlı xəbərdarlıq | Hansı hallarda təhlükəlidir? - Baku TV

Cəmiyyət
06 avqust 2026 419 baxış
"Azərişıq" Bakı və ətraf ərazilərdə yeni güc mərkəzləri yaradır - Baku TV CANLI

"Azərişıq" Bakı və ətraf ərazilərdə yeni güc mərkəzləri yaradır - Baku TV CANLI

Cəmiyyət
06 avqust 2026 419 baxış
Dövlət Komitəsi vahid aylıq müavinət ödənişi ilə bağlı məsələyə aydınlıq gətirdi - Baku TV CANLI

Dövlət Komitəsi vahid aylıq müavinət ödənişi ilə bağlı məsələyə aydınlıq gətirdi - Baku TV CANLI

Cəmiyyət
06 avqust 2026 419 baxış
"Elə şərtlər qoyulub ki..." | Qəza zamanı avtomobillər niyə kənara çəkilmir? - Baku TV

"Elə şərtlər qoyulub ki..." | Qəza zamanı avtomobillər niyə kənara çəkilmir? - Baku TV

Cəmiyyət
06 avqust 2026 419 baxış
Küləkli hava ilə bağlı xəbərdarlıq | Bunlara diqqət edin

Küləkli hava ilə bağlı xəbərdarlıq | Bunlara diqqət edin

Cəmiyyət
06 avqust 2026 419 baxış
Kəndin yeganə məscidində dəhşətli mənzərə | "Heç kim buradan götürə bilməz" - Baku TV

Kəndin yeganə məscidində dəhşətli mənzərə | "Heç kim buradan götürə bilməz" - Baku TV

Cəmiyyət
06 avqust 2026 419 baxış
Seçilmişlər
icon