Heydər Əliyevlə cəbhə xəttində görüşən Sabir Məmmədov göz yaşlarını saxlaya bilmədi - Baku TV
Xaçmaz şəhər sakini Sabir Məmmədov Birinci Qarabağ müharibəsi başlayan zaman cəbhəyə yollanaraq Vətənin müdafiəsində yaxından iştirak edib. Ön cəbhədə 5 il xidmət göstərib.
1994-cü ilin aprel ayında Füzuli rayonunun Aşağı Veysəlli kəndi yaxınlığındakı səngərdə ulu öndərlə görüşüb. Həmin görüş və o gündən xatirə qalan bir foto isə Sabir Məmmədovun həyatının ən unudulmaz səhifəsinə çevrilib.
O qeyd edib ki, ulu öndərin cəbhə xəttinə gəlməsindən heç kimin xəbəri olmayıb.
“Oradakı əsgərlər inanmırdılar ki, Ali Baş Komandan səngərə gələ bilər. Çünki cəbhədə hər dəqiqə ölüm təhlükəsi var idi. O isə əsgərlər arasında böyük ruh yüksəkliyi yaratdı. Məndən baş leytenant rütbəsini nə vaxt aldığımı soruşdu. Cavab verəndən sonra müdafiə nazirinə baxdı. Görüşdən bir neçə gün sonra isə mənə kapitan rütbəsi verildi”, – deyə S.Məmmədov sözlərinə əlavə edib.
#Heydər Əliyev teqi istifadə olunub
- Belqradda Ümummilli Lider Heydər Əliyevin və görkəmli serb yazıçısı Milorad Paviçin abidələri ziyarət edildi
- Prezident və xanımı Ümummilli Lider Heydər Əliyevin və Milorad Paviçin abidələrini ziyarət etdi
- Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirə gecəsi keçirilib - Baku TV
- "Ağır xəstə olduğunu bilə-bilə hər şeyi etdi ki..." | Heydər Əliyev: Mədəni siyasət - ARAŞDIRMA
- "Ulu Öndər o an kövrəldi" | Misir Mərdanov Heydər Əliyevlə bağlı nəyə təəssüflənir? - AYDIN TARİX
