Pleyeri seçin:

Bacısı oğluna işgəncə verən Günay Novruzova barədə təcili xəbər

05 sentyabr 2025 686 baxış

Qəyyumu tərəfindən zorakılığa məruz qalan uşağın başına gələnlər cəmiyyətdə ciddi rezonans doğurub. Hamını düşündürən suallardan biri qəyyumluğa verilən Ümidin taleyinə müvafiq nəzarətin hansı formada həyata keçirilməsidir.

2019-cu ildə Ümidin anası Fəridə Məmmədovanı həyat yoldaşı övladlarının gözü önündə amansızcasına qətlə yetirib. Hadisədən sonra ananın yaxın qohumu Günay Novruzova Sabunçu Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək hər iki uşağa qəyyum təyin edilməsini xahiş edib.

Məsələ ilə bağlı İcra Hakimiyyətindən bildirilib ki, ötən illər ərzində Günay Novruzovanın qəyyumluq vəzifəsinin icrası ilə bağlı uşaq hüquqlarının müdafiəsi üzrə komissiyaya hər hansı şikayət daxil olmayıb.

Sentyabrın 1-də yeniyetmənin məişət zorakılığına məruz qalması barədə daxil olmuş şifahi məlumata əsasən, hüquq-mühafizə orqanlarının məsul nümayəndələri ilə birlikdə ailənin yaşadığı ünvana baş çəkilib. Məlum olub ki, yeniyetmə qəyyumu ilə birgə Lənkərandadır, daha sonra polislər onları Bakıya gətirib.

Maraqlıdır, qəyyumla bağlı nöqsanlar aşkarlandıqda onu hansı cəza gözləyir?

Xatırladaq ki, Günay Novruzovanın qəyyumluğuna xitam verilib və o, hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Hüquqşünas Hikmət Əliyevin sözlərinə görə, əgər zorakılıq davamlı xarakter daşıyıbsa, mütəmadi olaraq döyülməklə və iztirab verilməklə müşayiət olunubsa, o halda Cinayət Məcəlləsinin 133-cü maddəsinin, yəni əzab vermə maddəsinin tərkib əlamətləri yaranmış olur:

“Həmin maddəyə əsasən, cinayət məsuliyyətinə cəlb edilmiş həmin qəyyum ağırlaşdırıcı halda 2 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilə bilər”.

Sosial Xidmətlər Agentliyindən isə qeyd edilib ki, qəyyumu tərəfindən zorakılığa məruz qaldığı iddia edilən uşaqla bağlı məlumat daxil olduğu ilk andan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb edilib:

“Uşaq aidiyyəti qurumlarla koordinasiyalı şəkildə əvvəlcə səhiyyə müəssisəsinə yerləşdirilib. Müayinə və qiymətləndirilmə prosedurları bitdikdən sonra isə o, Agentliyin müvafiq sosial xidmət müəssisəsinə yerləşdirilib. Burada ona Agentliyin mütəxəssisləri tərəfindən sosial-məişət, sosial-hüquqi, sosial-psixoloji, sosial-pedaqoji və digər sosial xidmətlər göstəriləcək”.

"Bilməzdim ki, o mənim qəhrəmanım olacaq" | "Canavar" ləqəbli qəhrəman Elnur Səmədov - Baku TV

"Bilməzdim ki, o mənim qəhrəmanım olacaq" | "Canavar" ləqəbli qəhrəman Elnur Səmədov - Baku TV

Cəmiyyət
25 sentyabr 2026 686 baxış
"İmkansız idik, qızın ailəsi şəhərdə ev istədi" | Nardaran sakini: "Həmişə ilk addımı yoldaşım atıb"

"İmkansız idik, qızın ailəsi şəhərdə ev istədi" | Nardaran sakini: "Həmişə ilk addımı yoldaşım atıb"

Cəmiyyət
25 sentyabr 2026 686 baxış
“Ömür boyu açıq yeyiblər, indi niyə...?!" - Satışdakı yenilik ev məhsullarını bahalaşdıracaq?

“Ömür boyu açıq yeyiblər, indi niyə...?!" - Satışdakı yenilik ev məhsullarını bahalaşdıracaq?

Cəmiyyət
25 sentyabr 2026 686 baxış
Kütləvi xəstəlik iddiası: Toyuq qıtlığının əsl səbəbi budur? - AKTUAL GÜNDƏM

Kütləvi xəstəlik iddiası: Toyuq qıtlığının əsl səbəbi budur? - AKTUAL GÜNDƏM

Cəmiyyət
25 sentyabr 2026 686 baxış
Formula 1 könüllüləri Bakıda tarix yazır

Formula 1 könüllüləri Bakıda tarix yazır

Cəmiyyət
25 sentyabr 2026 686 baxış
"Qapının altından girdi..." | Günəşlidə dəhşət saçan ərazi | Sakinlər təşviş içində - Baku TV

"Qapının altından girdi..." | Günəşlidə dəhşət saçan ərazi | Sakinlər təşviş içində - Baku TV

Cəmiyyət
25 sentyabr 2026 686 baxış
Ətraf ərazilərdən Bakıya gələn sərnişinlər üçün hansı yeniliklər edilib? - Baku TV CANLI

Ətraf ərazilərdən Bakıya gələn sərnişinlər üçün hansı yeniliklər edilib? - Baku TV CANLI

Cəmiyyət
25 sentyabr 2026 686 baxış
Günəşlidə dəhşət: İlanlar həyətlərə qədər necə gəlib çıxır? - Baku TV CANLI

Günəşlidə dəhşət: İlanlar həyətlərə qədər necə gəlib çıxır? - Baku TV CANLI

Cəmiyyət
25 sentyabr 2026 686 baxış
“İkisinə minsinlər, elə mümkün deyil” | Yeni Günəşli sakinlərinin avtobus çiləsi - Baku TV

“İkisinə minsinlər, elə mümkün deyil” | Yeni Günəşli sakinlərinin avtobus çiləsi - Baku TV

Cəmiyyət
25 sentyabr 2026 686 baxış
Riskli ərazi: avtobus zolağının bu hissəsi sürətlənmə zolağına çevrilməlidir? - NECƏ OLMALIDIR?

Riskli ərazi: avtobus zolağının bu hissəsi sürətlənmə zolağına çevrilməlidir? - NECƏ OLMALIDIR?

Cəmiyyət
25 sentyabr 2026 686 baxış
Seçilmişlər
icon