Pleyeri seçin:

"İmkansız idik, qızın ailəsi şəhərdə ev istədi" | Nardaran sakini: "Həmişə ilk addımı yoldaşım atıb"

25 sentyabr 2026 293 baxış

“O vaxtlar” verilişinin budəfəki qonağı Nardaran sakini Ağasəid Orucov olub.

Verilişdə uşaqlıq illərindən, müəllimlik və direktorluq fəaliyyətindən, o dövrün kənd həyatından danışan Ağasəid Orucov öz həyat hekayəsini bölüşüb.

Nardaran sakini o dövrdə kənddə təhsilə marağın az olduğunu və qız uşaqlarının tez məktəbdən uzaqlaşdırıldığını deyib:

“Çətinlik onda idi ki, təhsilə çox maraq yox idi. Təsərrüfat işləri, qərənfil gəlir gətirirdi deyə çoxu ona üz tutmuşdu. Qız uşaqlarını üçüncü, dördüncü, beşinci sinifdən çıxarıb deyirdilər ki, yazmaq-oxumaq öyrənmisən, bəsdir. Amma baxın, bu illərdə 30 nəfərə yaxın qız Nardarandan instituta daxil olub. Dövr necə dəyişir”.

Ailə qurmaq hekayəsindən və qarşılaşdığı çətinliklərdən danışan Ağasəid Orucov qız evinin şərtlərini belə xatırlayıb:

“1975-ci ildə ailə qurdum. Həyat yoldaşım qohum deyildi, nardaranlı idilər, amma şəhərdə yaşayırdılar. Biz imkansız idik, atam avtobus sürücüsü idi. Qızın anası şəhərdə ev istədi. Bizim kənddə evimiz var idi, amma onlar şəhərdə istədilər. Atam razılaşdı, aldılar”.

50 illik ailə həyatından, sevgidən və yoldaşı ilə münasibətlərindən söz açan Ağasəid müəllim bildirib:

“Ailədə bir müddət sevgi olur, sonra hörmət başlayır. Küsüb-barışanda həmişə ilk addımı yoldaşım atıb. Bəzən deyir ki, məni tərifləmirsən. Deyirəm ki, arvadı tərifləməzlər. Biz sevgimizi əməlimizlə göstərmişik”.

Banner
“Ürəyim ağrıyır, həyəcan keçirirəm, ay Allah!” | Kürdəmirdə sakinlər imdad dilədi - Baku TV

“Ürəyim ağrıyır, həyəcan keçirirəm, ay Allah!” | Kürdəmirdə sakinlər imdad dilədi - Baku TV

Cəmiyyət
13 noyabr 2026 293 baxış
Buzovna sakinləri yolun vəziyyətindən narazıdır | Məsələ nə zaman öz həllini tapacaq? - Baku TV

Buzovna sakinləri yolun vəziyyətindən narazıdır | Məsələ nə zaman öz həllini tapacaq? - Baku TV

Cəmiyyət
13 noyabr 2026 293 baxış
Pirşağıda acınacaqlı yol problemi | Bakı Abadlıq Xidməti məsələni necə açıqladı? - Baku TV

Pirşağıda acınacaqlı yol problemi | Bakı Abadlıq Xidməti məsələni necə açıqladı? - Baku TV

Cəmiyyət
13 noyabr 2026 293 baxış
Kəndlinin mənfəətindən 2 faiz tutulacaq: bazarda bahalaşma olacaq? - AKTUAL GÜNDƏM

Kəndlinin mənfəətindən 2 faiz tutulacaq: bazarda bahalaşma olacaq? - AKTUAL GÜNDƏM

Cəmiyyət
13 noyabr 2026 293 baxış
“Dayanmaq da olmur, nəfəs almaq da” | Metaləritmə müəssisəsi sakinlərin narazılığına səbəb oldu

“Dayanmaq da olmur, nəfəs almaq da” | Metaləritmə müəssisəsi sakinlərin narazılığına səbəb oldu

Cəmiyyət
13 noyabr 2026 293 baxış
Hərəkətə mane olan, qəza şəraiti yaradan parklanma məntəqələri - NECƏ OLMALIDIR?

Hərəkətə mane olan, qəza şəraiti yaradan parklanma məntəqələri - NECƏ OLMALIDIR?

Cəmiyyət
13 noyabr 2026 293 baxış
“O sudan bizə lazım olanı ala bilmərik” | Filtrdən keçən su orqanizmi mineralsız qoyur? - Baku TV

“O sudan bizə lazım olanı ala bilmərik” | Filtrdən keçən su orqanizmi mineralsız qoyur? - Baku TV

Cəmiyyət
13 noyabr 2026 293 baxış
Fermerlər subsidiya almaq üçün hansı tələblərə əməl etməlidirlər - Baku TV

Fermerlər subsidiya almaq üçün hansı tələblərə əməl etməlidirlər - Baku TV

Cəmiyyət
13 noyabr 2026 293 baxış
"Taksi yola baxıb deyir ki, gələ bilmərəm” | Sakinlərin əsəbi tarıma çəkilib - Baku TV

"Taksi yola baxıb deyir ki, gələ bilmərəm” | Sakinlərin əsəbi tarıma çəkilib - Baku TV

Cəmiyyət
13 noyabr 2026 293 baxış
Parkda gecələyən kişinin əlilliyi niyə ləğv edildi? - “Baxa bilmirdim, arvadım ayrıldı...” - Baku TV

Parkda gecələyən kişinin əlilliyi niyə ləğv edildi? - “Baxa bilmirdim, arvadım ayrıldı...” - Baku TV

Cəmiyyət
13 noyabr 2026 293 baxış
Seçilmişlər
icon