Pleyeri seçin:

“O sudan bizə lazım olanı ala bilmərik” | Filtrdən keçən su orqanizmi mineralsız qoyur? - Baku TV

13 noyabr 2026 89 baxış

Evlərdə su filtrlərindən istifadə geniş yayılıb. Vətəndaşlar bu qurğuların suyu zərərli maddələrdən təmizləyərək onu orqanizm üçün daha faydalı etdiyini düşünür.

Mütəxəssislər isə bildirirlər ki, tərs osmos texnologiyası ilə işləyən bəzi filtrlər suyun tərkibindəki zərərli maddələrlə yanaşı, kalsium və maqnezium kimi orqanizm üçün vacib mineralların da miqdarını əhəmiyyətli dərəcədə azaldır.

Paytaxt sakinlərinin bu məsələ ilə bağlı fikirləri fərqlidir. Bəziləri filtrlərin faydalı olduğunu düşünsə də, digərləri suyun təbii mineral tərkibinin dəyişməsindən narahatdırlar.

“Güvənmədiyim üçün filtrdən istifadə etmirəm, özüm süzürəm”, – deyə vətəndaşlardan biri mövzuya münasibət bildirərkən söyləyib.

Molekulyar Biologiya İnstitutunun laboratoriya müdiri Pənah Muradov bildirir ki, filtrdən keçən suyun uzunmüddətli istifadəsi sağlamlığa mənfi təsir göstərə bilər.

“Tərs osmos üsulu ilə təmizlənmiş su ölü suya çevrilir. Yəni onda nə mikroorqanizmlər, nə də metallar olur. Buna görə də həmin filtrlərdən elə istifadə olunmalıdır ki, su insan üçün lazım olan mineral elementləri də saxlaya bilsin”, – deyə mütəxəssis qeyd edib. 

Kopyalandı
Banner
“Ürəyim ağrıyır, həyəcan keçirirəm, ay Allah!” | Kürdəmirdə sakinlər imdad dilədi - Baku TV

“Ürəyim ağrıyır, həyəcan keçirirəm, ay Allah!” | Kürdəmirdə sakinlər imdad dilədi - Baku TV

Cəmiyyət
13 noyabr 2026 89 baxış
Buzovna sakinləri yolun vəziyyətindən narazıdır | Məsələ nə zaman öz həllini tapacaq? - Baku TV

Buzovna sakinləri yolun vəziyyətindən narazıdır | Məsələ nə zaman öz həllini tapacaq? - Baku TV

Cəmiyyət
13 noyabr 2026 89 baxış
Pirşağıda acınacaqlı yol problemi | Bakı Abadlıq Xidməti məsələni necə açıqladı? - Baku TV

Pirşağıda acınacaqlı yol problemi | Bakı Abadlıq Xidməti məsələni necə açıqladı? - Baku TV

Cəmiyyət
13 noyabr 2026 89 baxış
Kəndlinin mənfəətindən 2 faiz tutulacaq: bazarda bahalaşma olacaq? - AKTUAL GÜNDƏM

Kəndlinin mənfəətindən 2 faiz tutulacaq: bazarda bahalaşma olacaq? - AKTUAL GÜNDƏM

Cəmiyyət
13 noyabr 2026 89 baxış
“Dayanmaq da olmur, nəfəs almaq da” | Metaləritmə müəssisəsi sakinlərin narazılığına səbəb oldu

“Dayanmaq da olmur, nəfəs almaq da” | Metaləritmə müəssisəsi sakinlərin narazılığına səbəb oldu

Cəmiyyət
13 noyabr 2026 89 baxış
Hərəkətə mane olan, qəza şəraiti yaradan parklanma məntəqələri - NECƏ OLMALIDIR?

Hərəkətə mane olan, qəza şəraiti yaradan parklanma məntəqələri - NECƏ OLMALIDIR?

Cəmiyyət
13 noyabr 2026 89 baxış
Fermerlər subsidiya almaq üçün hansı tələblərə əməl etməlidirlər - Baku TV

Fermerlər subsidiya almaq üçün hansı tələblərə əməl etməlidirlər - Baku TV

Cəmiyyət
13 noyabr 2026 89 baxış
"Taksi yola baxıb deyir ki, gələ bilmərəm” | Sakinlərin əsəbi tarıma çəkilib - Baku TV

"Taksi yola baxıb deyir ki, gələ bilmərəm” | Sakinlərin əsəbi tarıma çəkilib - Baku TV

Cəmiyyət
13 noyabr 2026 89 baxış
Parkda gecələyən kişinin əlilliyi niyə ləğv edildi? - “Baxa bilmirdim, arvadım ayrıldı...” - Baku TV

Parkda gecələyən kişinin əlilliyi niyə ləğv edildi? - “Baxa bilmirdim, arvadım ayrıldı...” - Baku TV

Cəmiyyət
13 noyabr 2026 89 baxış
Sakinlər zibil tullantılarının yaratdığı mənzərədən narazıdır | Problem nə vaxt həll olunacaq?

Sakinlər zibil tullantılarının yaratdığı mənzərədən narazıdır | Problem nə vaxt həll olunacaq?

Cəmiyyət
13 noyabr 2026 89 baxış
Seçilmişlər
icon