Hərəkətə mane olan, qəza şəraiti yaradan parklanma məntəqələri - NECƏ OLMALIDIR?
Yeniliklərdən dərhal xəbərdar olun
“Necə olmalıdır?” rubrikasının budəfəki buraxılışında Cavadxan küçəsində, Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin qarşısında parklanmanın yaratdığı təhlükəli vəziyyət diqqətə çatdırılıb.
Bildirilib ki, Mir Cəlal küçəsindən iki sıra ilə sola dönən avtomobillər parklanma məntəqəsinə görə hərəkət zamanı konflikt yaşayırlar. Belə ki, sağ zolaqda hərəkət edən avtomobilin qarşısında dayanan nəqliyyat vasitəsi sürücünü sol zolağa çıxmağa məcbur edir. Bənzər vəziyyət Qurban Xəlilov küçəsində də müşahidə olunur.
Qeyd edilib ki, ərazidə qırıq xətlər qalsa da, zolağın daralmasını bildirən yol nişanı mövcud deyil. Bu isə parklanma məntəqələrinin təşkilində sürücülərin təhlükəsizliyinin nə dərəcədə nəzərə alınması ilə bağlı suallar yaradır.
Vurğulanıb ki, belə parklanma yerlərinə çatmamış zolağın daralmasını bildirən nişanlar qoyulmalı, zolağın normal eninə uyğun gəlməyən qırıq xətlər silinməlidir. Bundan başqa, döngələrdə təşkil edilən parklanma məntəqələrinin başlanğıc nöqtəsinin bir qədər irəli çəkilməsi təklif olunub.
#Parklanma teqi istifadə olunub
- "İndi 40 manat istəyirlər ki..." | Parklanmadakı dəyişiklik əhalini özündən çıxardı - Baku TV
- “Əyri zolaqların əleyhinəyəm, çünki...” | Parklanma hansı qaydalarla olmalıdır? - NECƏ OLMALIDIR
- Burada maşın saxlamaq da, hərəkət etmək də müşkülə çevrilib - NECƏ OLMALIDIR?
- Sürücülərin başına oyun açan vəziyyət | Buradan keçənlər niyə cərimələnir? - Baku TV
- Sürücülərə xəbərdarlıq | Bakının mərkəzində parklanma xidməti müvəqqəti dayandırılır!
