Cəmiyyət
Pleyeri seçin:

Bakıda 3 nəfər silahlı şəxs tutuldu

18 mart 2023

Bakıda 3 nəfər silahlı şəxs həbs olunub. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Nizami polisi tərəfindən keçirilmiş əməliyyatlarla saxlanılan Ramil Məmmədli, Eldəniz Əliyev və Ümid Qafarov istintaqa təqdim olunub. Ramil Məmmədlinin üzərinə, eləcə də idarə etdiyi avtomobilə baxış zamanı 1 ədəd “Kalaşnikov” markalı avtomat, həmin silaha aid 1 ədəd daraq, 12 ədəd patron, psixotrop maddə olan metamfetamin, həmçinin Ümid Qafarovdan 1 ədəd “Kalaşnikov” avtomatı, 1 ədəd daraq, 9 ədəd patron, Eldəniz Əliyevdən isə “Brauning” markalı tapança və 2 ədəd patron aşkarlanıb.

Saxlanılan şəxslər odlu silah-sursatları bir müddət əvvəl əldə etdiklərini, lakin polisə təhvil verməyərək satmaq məqsədilə özlərində saxladıqlarını bildiriblər. Araşdırma zamanı o da məlum olub ki, Ramil Məmmədli sosial şəbəkələrdə “Salamat Ramil” adı altında yazdığı paylaşımlarda cinayətkarlığı təbliğ edirmiş.

Hazırda faktlarla bağlı araşdırmalar davam etdirilir.

Məşhur türkiyəli aktrisa azərbaycanlı sənətkarlardan danışdı

Məşhur türkiyəli aktrisa azərbaycanlı sənətkarlardan danışdı

Cəmiyyət
06 oktyabr 2024
Cəbrayılda alkoqolsuz içki məhsulları kompleksi istifadəyə veriləcək

Cəbrayılda alkoqolsuz içki məhsulları kompleksi istifadəyə veriləcək

Cəmiyyət
06 oktyabr 2024
Atam dedi ki, orada çoxlu dostların olacaq | Azyaşlılar Cəbrayılla bağlı təəssüratlarını bölüşdü

Atam dedi ki, orada çoxlu dostların olacaq | Azyaşlılar Cəbrayılla bağlı təəssüratlarını bölüşdü

Cəmiyyət
06 oktyabr 2024
Yeraltı parklanmanın ilk 15 dəqiqəsi niyə yenidən ödənişli oldu?

Yeraltı parklanmanın ilk 15 dəqiqəsi niyə yenidən ödənişli oldu?

Cəmiyyət
05 oktyabr 2024
"İblis və..." tamaşasının Bakı premyerası böyük təntənə və uğurla baş tutdu

"İblis və..." tamaşasının Bakı premyerası böyük təntənə və uğurla baş tutdu

Cəmiyyət
05 oktyabr 2024
Qonşusu ilə eşq yaşayan evli rektorun faciəsindən bəhs edən film hansıdır? | ARAŞDIRMA

Qonşusu ilə eşq yaşayan evli rektorun faciəsindən bəhs edən film hansıdır? | ARAŞDIRMA

Cəmiyyət
05 oktyabr 2024
Hava ilə bağlı əhaliyə xəbərdarlıq edildi | Hava haqqında məlumat

Hava ilə bağlı əhaliyə xəbərdarlıq edildi | Hava haqqında məlumat

Cəmiyyət
05 oktyabr 2024
Tuladan olan velosipedçilərin Cənub bölgəsinə gəlmə məqsədi | Burada insanlar qonaqpərvərdir

Tuladan olan velosipedçilərin Cənub bölgəsinə gəlmə məqsədi | Burada insanlar qonaqpərvərdir

Cəmiyyət
05 oktyabr 2024
Bu yolda qanunu bilməyən sürücülər çaşbaş qalır | Yol hərəkəti qaydasını bilmək vacibdir!

Bu yolda qanunu bilməyən sürücülər çaşbaş qalır | Yol hərəkəti qaydasını bilmək vacibdir!

Cəmiyyət
05 oktyabr 2024
Azad edilmiş torpağımızda tam orta məktəb istifadəyə verildi | Neçə şagird təhsil alacaq?

Azad edilmiş torpağımızda tam orta məktəb istifadəyə verildi | Neçə şagird təhsil alacaq?

Cəmiyyət
05 oktyabr 2024
Seçilmişlər
icon