Bakıda yağış yağacaq, şimşək çaxacaq! - Hava haqqında məlumat
“Oktyabrın 4-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var”.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, mülayim şimal-qərb küləyi üstünlük təşkil edəcək. Havanın maksimal temperaturu 20-24 dərəcə isti olacaq.
Əlavə olunub ki, bölgələrdə əksər rayonlarda yağmursuz hava şəraiti gözlənilir. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda gündüz saatlarında yağış yağacağı, şimşək çaxacağı ehtimal olunur:
“Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın maksimal temperaturu Aran rayonlarında 22-27, dağlıq ərazilərdə isə 10-15 dərəcə isti olacaq”.
#Milli Hidrometeorologiya Xidməti teqi istifadə olunub
- Həftənin ilk gününün havası | Qurumdan açıqlama - Baku TV
- Yağış , qar, külək... | Hava ilə bağlı xəbərdarlıq edildi - Baku TV
- Hava şəraiti kəskin dəyişir | Sinoptiklərdən xəbərdarlıq - Baku TV CANLI
- Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? - Baku TV
- Dövlət Xidmətindən əhaliyə vacib hava xəbərdarlığı - Baku TV
