Cəmiyyət
Pleyeri seçin:

Baş Prokurorluq Xaçmazdakı əməliyyatla bağlı məlumat yaydı

06 iyul 2023

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Xaçmazda keçirilmiş əməliyyat-axtarış tədbirlərinin detalları açıqlanıb. Həmçinin əməliyyat zamanı saxlanılan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinin rəisi Ağayev Rahim Əlifağa oğlunun bir sıra qanunsuz əməlləri ifşa olunub.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, əməliyyat-istintaq tədbirləri ilə Rahim Ağayevin həmin vəzifədə işləyərkən çağırışçının sağlamlıq vəziyyəti ilə əlaqədar həqiqi hərbi xidmətə yararsız hesab edilməsinə köməklik göstərilməsi müqabilində vətəndaşdan tələb etdiyi 8 min manat məbləğində pul vəsaitinin 5 min manatını rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib:

“Rahim Ağayevin xidməti otağında axtarış aparılmaqla iş üçün əhəmiyyət kəsb edən sübutlar götürülüb.

Faktla bağlı başlanmış cinayət işi üzrə toplanmış ilkin sübutlar əsasında Rahim Ağayevə Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib”.

Hazırda cinayət işi üzrə təqsirləndirilən şəxsin digər qanunazidd əməllərinin və cinayətə aidiyyəti olan şəxslərin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qırmızı diplomun hansı üstünlüyü var? - Sakinlər və ekspertlər danışdı

Qırmızı diplomun hansı üstünlüyü var? - Sakinlər və ekspertlər danışdı

Cəmiyyət
04 may 2024
Diqqət! | FHN-dən əhaliyə təcili xəbərdarlıq

Diqqət! | FHN-dən əhaliyə təcili xəbərdarlıq

Cəmiyyət
04 may 2024
Xəstə anesteziyadan oyanarsa...| Ürək, böyrək problemi olanlar diqqətli olsun! - BAKU MED

Xəstə anesteziyadan oyanarsa...| Ürək, böyrək problemi olanlar diqqətli olsun! - BAKU MED

Cəmiyyət
04 may 2024
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı

Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı

Cəmiyyət
04 may 2024
Kamil Zeynallını biz şikayət etdik, amma... | Vardapetyan Rusiyadan şikayətləndi

Kamil Zeynallını biz şikayət etdik, amma... | Vardapetyan Rusiyadan şikayətləndi

Cəmiyyət
04 may 2024
Məktəblərdə uşaqlardan pul yığılıb? | Misir Mərdanov nazir olduğu vaxtdan danışdı

Məktəblərdə uşaqlardan pul yığılıb? | Misir Mərdanov nazir olduğu vaxtdan danışdı

Cəmiyyət
04 may 2024
Tullantılardan sənət əsəri yaradıb, şöhrəti sərhədləri aşan Siyəzən sakini

Tullantılardan sənət əsəri yaradıb, şöhrəti sərhədləri aşan Siyəzən sakini

Cəmiyyət
04 may 2024
Xırdalanda 17 saylı bağçada "fond pulu" yığıldığı iddia olunur

Xırdalanda 17 saylı bağçada "fond pulu" yığıldığı iddia olunur

Cəmiyyət
04 may 2024
Hüquq jurnallarının vahid elektron axtarış bazası yaradılacaq

Hüquq jurnallarının vahid elektron axtarış bazası yaradılacaq

Cəmiyyət
03 may 2024
Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı | Boşanmaların əsas səbəbi nədir?

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı | Boşanmaların əsas səbəbi nədir?

Cəmiyyət
03 may 2024
Seçilmişlər
icon