Bayram günlərində hava necə olacaq? | Hava haqqında məlumat
Bayram günlərində, iyunun 15-16-17-də Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin iyunun 15-i səhər saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, havanın maksimal temperaturu 31-36 dərəcə isti olacaq.
Bölgələrdə də əksər rayonlarda yağmursuz hava şəraiti müşahidə olunsa da, lakin 15-i və 16-sı gündüz saatlarında əsasən dağlıq və dağətəyi rayonlarda yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal olunur. Mülayim şərq küləyi əsəcək. Havanın maksimal temperaturu Aran rayonlarında 32-37, dağlıq ərazilərdə isə 18-23 dərəcə isti olacaq.
#Milli Hidrometeorologiya Xidməti teqi istifadə olunub
- Həftənin ilk gününün havası | Qurumdan açıqlama - Baku TV
- Yağış , qar, külək... | Hava ilə bağlı xəbərdarlıq edildi - Baku TV
- Hava şəraiti kəskin dəyişir | Sinoptiklərdən xəbərdarlıq - Baku TV CANLI
- Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? - Baku TV
- Dövlət Xidmətindən əhaliyə vacib hava xəbərdarlığı - Baku TV
